Alfa Romeo Logo

Models

MARKA

EMOSİYA İNNOVASİYADIR

Xalq performansına aşiq olduğu ilk Alfa Romeo avtomobilini böyük rəğbətlə qarşıladı. Zamanın sınağı ilə ayaqlaşmaq bir uğur idi: bütün dünyada avtomobil həvəskarları üçün Alfa Romeo indi daha çox sonsuz innovasiyanın və əsil idarəetmə həzzinin bir simvoludur..

EMOSİYA EHTİRASDIR

30-cu illərdə P2 modelinin əfsanəvi qələbəsi Alfa Romeonu avtomobil istehsalçıları arasında zirvəyə yüksəltdi. Bu gün də dünənki kimi Alfa Romeo avtomobilləri ən yaxşı texniki performansa nail olmaq və sürücünün duyğularını ən yüksək səviyyəyə çatdırmaq üçün hazırlanır: biz maşın hazırlamırıq, avtomobil yaradırıq.

EMOSİYA GÖZƏLLİKDİR

Alfa Romeo özəllikləri fərqli dövrlərdə və modellərdə əks olunur: məşhur 6C 2500 “Freccia d’Oro” modelindən tutmuş ən müasir növlərinədək. Gözəlliyin müvəqqəti dəb deyil, daimi olması hər zaman göz oxşayır və hər kəsin ürəyindən xəbər verir. Hər bir Alfa Romeo avtomobilində güc gözəllik, gözəllik isə güc deməkdir.


EMOSİYA İSTİFADƏ RAHATLIĞIDIR

1954-cü ildə Alfa Romeo Giulietta mükəmməl dizayn və rahatlığın bir arada ola biləcəyini və hər kəsin bu təcrübəni yaşaya biləcəyini nümayiş etdirdi. Həmin müştəri yönümlü görünüş bu gün ağıllı, həssas və sürücü mərkəzli texnologiyalarımız ilə tanınır.