Stelvio

 FCA Importers – Alfaromeo

Stelvio

Ən son təhlükəsizlik texnologiyaları və öz kateqoriyasında misilsiz həll yolları. Stelvio piyada aşkarlama funksiyası və tam karbon lifli dirsəkli valla birlikdə dünyada ilk İnteqrasiya edilmiş Əyləc Sistemi (Integrated Brake System (IBS)) və Avtomatik Təcili Əyləcləmə (Autonomous Emergency Braking (AEB)) kimi qabaqcıl texniki həll yollarının bütöv dəstinə sahibdir.

İnteqrasiya edilmiş Əyləc Sistemi dünyada ilk dəfə Alfa Romeo tərəfindən bütün şərtlər daxilində təcili və dəqiq reaksiya vermək üçün yaradılmış və elektrik əyləc nəzarəti texnologiyasına əsaslanan eksklüziv həll yoludur. Bu sistem sinfinin ən yaxşı əyləc məsafəsinə nail olur, təcili əyləcləmə zamanı ABS titrəmələrinin qarşısını alır və eyni zamanda onun unikal dizaynı önəmli dərəcədə çəki azalmasına imkan yaradır.

Stelvio avtomobilinin hər bir buraxılışında piyada aşkarlama funksiyası ilə birlikdə Ön Toqquşma haqqında Xəbərdarlıq Sistemi (Forward Collision Warning (FCW)), Avtomatik Təcili Əyləcləmə (Autonomous Emergency Braking (AEB)) və Hərəkət zolağından Ayrılma Xəbərdarlığı (Lane Departure Warning (LDW)) standart olaraq təklif olunur.

Stelvio mərkəzi tuneldə yerləşdirilmiş intuitiv Fırlanan Başlıq ilə idarə olunan və 3D Naviqatora malik 8.8”-ə qədər geniş rəngli ekrana sahib olan tam yeni məlumat-əyləncə sistemi ilə təchiz olunmuşdur. Sistem qabaqcıl səs tanımaya sahibdir və İOS və ya Android əməliyyat sisteminə malik istənilən mobil cihazla əlaqələndirilə bilər.