Stelvio

 FCA Importers – Alfaromeo

Stelvio

Simvolik Alfa Romeo dizaynı unikallığı və avtomobil brendinin irsinin önəmli cəhətləri ilə seçilən, Yeni Giulia avtomobilinin dəyişməz üslubunu özündə birləşdirən misilsiz idman avtomobili (SUV) ərsəyə gətirmişdir. Yüksək keyfiyyətə sahib olan və öz irsindən ilham almış bu dizayn yanaşması eyni dərəcədə həm gözəçarpan, həm də məqsədyönlüdür.

Öz kateqoriyasının sərhədlərini aşan Stelvio güclü Alfa Romeo bənzərliyinə və özünün əfsanəvi italyan irsinin saf duyğusuna sahibdir.Qüsursuz üç çıxıntılı ön valı, bariz içiboş xətləri vəgüclü arxa palçıq qoruyucularını ayırd etmək üçün ötəri nəzər salmaq kifayətdir; hər birində mükəmməl mütənasiblik və harmonik səthlər ideal duyumla tarazlıq yaratmışdır.

Stelvionun interyeri özünün yola hökm etmək üçün yaradılmış, bənzərsiz yüksək, ancaq idman yönümlü olan idarəetmə vəziyyəti ilə SUV avtomobillərinin dünyasında inqilabi dəyişikliyə səbəb olmuşdur. İnteryer təmiz və sadədir: hər bir detal sizin sükan arxasındakı təcrübənizi yaxşılaşdırmaq üçün hazırlanmışdır və lazımsız heç nə yoxdur.

Alfa Romeo yüksək texnologiya elementlərini və üstün keyfiyyət komponentlərini bir araya gətirməklə Stelvio üçün yalnız ən dəyərli interyer elementlərini seçmişdir. Dəridən olan idman tərzli sükan çarxına Start (İşə sal) düyməsi əlavə olunmuşdur. Oturacaqlar innovativ texniki parçalarla və tam lifli PienoFiore dərisi ilə örtülmüşdür.