Alfa Romeo Mito

 FCA Importers – Alfaromeo

Alfa Romeo Mito

ALFA D.N.A.

ALFA D.N.A.

Yarış təcrübəsindən qaynaqlanan Alfa D.N.A. mühərrikə, əyləclərə, sükana, sürət qutusuna, asqıya və sürətləndiriciyə təsir edərək avtomobilin performansını sürücünün tərzinə və yol şərtlərinə mükəmməl şəkildə uyğunlaşdıran eksklüziv bir Alfa Romeo idarəetmə selektorudur.

Onun istifadəsi sadə və intuitivdir: sadəcə sürət nizamlayıcısına yaxın selektoru seçmək lazımdır.

İdman Dinamik rejimdə elektron dartma nəzarət sistemləri daha diqqətlə qoşulur, idarəetmə daha sabit və idman üslubunda qalarkən mühərrik və əyləclər daha operativ və reaktiv olur.

Selektor Təbii şəhər vəziyyətinə keçərkən tənzimləmə daha neytral olur və yanacaq sərfiyyatı optimallaşdırılır.

Yol sürüşkən olarsa, All Weather (Hər cür hava şəraiti) rejimi seçilə bilər. Bu bütün elektron təhlükəsizlik cihazlarının daha erkən müdaxiləsini təmin etmək məqsədilə yaradılıb.

ALFA T.C.T.

ALFA T.C.T.

Alfa iki muftalı robot transmissiyası paralel iki sürət qutusundan ibarət olub ötürücünün biri işləyərkən digərinin işə düşməsinə imkan verən innovativ iki “quru” muftalı avtomatik transmissiyadır. Alfa TCT idarəetmə komfortuna və idman hissinə zəmanət verir.

İdarəetmə həzzi

Həm avtomatik, həm də ardıcıl rejimdə, həmçinin sürət dəyişdirici qol ilə cəld sürət dəyişməsi.

Komfort

Dartma qüvvəsi ənənəvi avtomatik və ya əllə idarə olunan sürət qutularında fırlanma momenti itirmədən bütün vaxtlar üçün proqressiv və fasiləsizdir.

Səmərəlilik

Sərfiyyat və emissiya əl ilə idarə olunan sürət qutusunun eyni yanacaq təminatı ilə müqayisədə daha azdır.

MƏLUMAT VƏ ƏYLƏNCƏ MÜHİTİ

MƏLUMAT VƏ ƏYLƏNCƏ MÜHİTİ

Blue&Me™ bazarda mövcud olan Blutuz funksiyalı əksər mobil telefonla uyğunluq təşkil edir və yeni standartlara və telefonlara uyğun olaraq yenilənə bilir. Blue&Me, onun funksiyaları və uyğunluğu barədə ətraflı məlumat almaq üçün Blue&Me saytına, ünvanına baş çəkin. Bu sayt özündə istifadəçilər üçün lazımi məlumatları ehtiva edir.

Blue&Me

Blue&Me™ bazarda mövcud olan Blutuz funksiyalı əksər mobil telefonla uyğunluq təşkil edir və yeni standartlara və telefonlara uyğun olaraq yenilənə bilir. Blue&Me, onun funksiyaları və uyğunluğu barədə ətraflı məlumat almaq üçün Blue&Me saytına, ünvanına baş çəkin. Bu sayt özündə istifadəçilər üçün lazımi məlumatları, proqram yeniləmələrini, Mütəmadi Soruşulan Sualları ehtiva edir.

Uconnect5’’ Radio Naviqatoru

• Sensor ekran və səs tanıma ilə istifadəsi daha da asanlaşdırılan sadə və intuitiv naviqasiya təmin etməsi üçün TomTom® ilə birlikdə təkmilləşdirilən daxili naviqasiya.

• Bu sistem nəqliyyatın yavaş hərəkəti zamanı real vaxt yeniləmələri və gecikmələr üçün nəqliyyat mesaj kanalı (TMC) məlumatlarından istifadə edir.

• “Qabaqcıl Zolaq Yönləndirici” sistemi hətta sizə ən mürəkkəb yolayırıcılarından sürətlə keçməyinizə kömək edəcək.

• Sabit sürət kameraları orta sürət kameraları və sabit kameraların vəziyyəti barədə xəbərdarlıq edir.

• IQ Routes® sistemi sayəsində o, real, ölçülən orta sürət əsasında ən yaxşı marşrutu təyin edir.

Bose Səs Sistemi

Bose Səs Sistemi hər növ idarəetmə şəraitində bütün sərnişinləri müstəsna dinləmə keyfiyyəti ilə təmin edə bilir. 

Hi-Fi sistemi 500 vattdan daha çox çıxış gücünə malikdir və o, əsas dinamiklərdən təşkil olunan akustik sistemdən, bundan başqa hər zaman dərin və yayılan bas notlar üçün 8 kanallı rəqəmsal səs gücləndiricili sabvuferdən və səsin ətrafa yayılması üçün alətlər panelində yerləşən mərkəzi dinamikdən ibarətdir.

İstər bir gitara, istərsə də tam orkestrın müşayiət etdiyi bir musiqi dinləyin, Bose® Səs Sistemi bir canlı konsertdə hiss etdiyiniz emosiyaların eynisini sizə yenidən yaşadacaq. Həqiqi reproduksiya, kristal qədər təmiz zil notlar, tam və dolğun bas notlar səsin bütün sərnişinlərin ətrafına yayılmasına imkan verir və audio sistem sərnişin bölməsi üçün özəl olaraq hazırlandığından səsin daha geniş bir mühitdən keçməsi hissini yaradır. Sensor təcrübəsini daha unikal etmək məqsədilə inteqrasiya edilmiş siqnal prosessoru bas səsin hər səviyyədə mükəmməl çıxmasını təmin etmək üçün onu avtomatik olaraq tənzimləyir, aktiv paylama şəbəkəsi isə hətta səsin daha yüksək olduğu və ya yüksək səsli dinamik musiqilərin dinlənildiyi pasajlarda xoşagəlməzlikləri aradan qaldıraraq bütün tezliklərdə çıxışın optimum avtomatik elektron tarazlığını, bütün səs diapazonu aralığında səsin mükəmməl balansını və təmizliyini təmin edir.

MEXANİKA

MEXANİKA

Çeviklik, idarəetmə dəqiqliyi, komfort. Bütün bunlar yarı sərbəst təkərli MacPherson ön asqı və arxa burulma tiri sayəsindədir. MiTo kimi kompakt ölçüdə olan sınaqdan keçirilmiş performansa malik bu iki özəllik sərhədi əyləncə və maksimum təhlükəsizlik təmin edir.

Alfa Adaptiv Asqı
135 və 170 At Gücü MultiAir Turbo Benzin və 120 At Gücü dizel JTDm kimi yüksək performanslı mühərriklər üçün bir standartdır. Dəyişkən reaksiyalı amortizator qurğulardan istifadə edir. Buraxma klapanı sayəsində onlar avtomobilin mükəmməl dinamik nəzarətini təmin edərək stress qarşısında daha çox rahatlıq təmin edir.

Alfa Aktiv Asqı
MiTo Quadrifoglio Verde modelində mövcuddur. Bu, yol şərtlərindən və sürücü tələblərindən asılı olaraq şassi xarakteristikasını aktiv və daim dəyişən elektron amortizator qurğusuna nəzarət sistemdir. Alfa D.N.A və digər daxili elektron qurğular ilə bağlıdır.

TƏHLÜKƏSİZLİK

TƏHLÜKƏSİZLİK

• 7 təhlükəsizlik balışı
• SBR (Təhlükəsizlik Kəməri Xatırladıcısı) texnologiyası
• Oturacaqlarda baş və boyunu zədələnmədən qoruyan qurğu
• Ön təhlükəsizlik kəmərləri üzərində ikiqat gərilmə
• Açılıb-yığılan sükan
• Yolun daha aydın görünməsini təmin edən LED quyruq işıqları

Əyləc sistemi
Alfa Romeo MiTo avtomobilinin hidravlik, enerji dəstəkli əyləc sistemi iki köndələn tirdən, sərbəst şəbəkələrdən təşkil olunub və daha qısa dayanma məsafəsinə malik tez və proqressiv əyləcləmə üçün xüsusilə effektiv olduğu sübut olunub.

Mükəmməl performans səviyyəsi təmin edən əyləc sistemi ilə yanaşı, Alfa Romeo MiTo mövcud ən mürəkkəb sistemlərdən biri olan Antiblok Əyləc Sistemi (ABS) ilə təchiz olunub. ABS təkərlərin bloklanmasını dayandırmaq və bütün şərtlərdə avtomobilə tam nəzarəti təmin etmək üçün əyləcləmə prosesini dörd təkərə paylayan Elektron Əyləc gücünün Paylanması sistemini özündə birləşdirir.

Elektron Q2
Alfa Romeo MiTo avtomobili öz-özünə bağlanan diferensial effekti yaradaraq mükəmməl dönmə hərəkəti təmin edən Electronic Q2 sistemi ilə təchiz olunub. Bu sistem avtomobilin təhlükəsizliyini təmin edir, idman rejimində və ya pis yol şəraitində idarəetmə daha əyləncəli olur.

VDC (Avtomobilin Dinamik Nəzarəti)
Alfa Romeonun təqdim etdiyi ESP (Elektron Sabitlik Proqramı) sistemi avtomobilin sabitliyi risk altında olduqda müdaxilə edən və avtomobilin stabil idarə olunmasında sürücüyə kömək edən bir sistemdir.

Mükəmməl yol tutma özəllikləri ilə xarakterizə olunan bütün Alfa Romeo avtomobillərinin ruhunu təşkil edən idman üslublu qurğu VDC sürücüyə avtomobili normal şərtlərdə idarə etməsi üçün tam sərbəstlik verir və idarəetməyə yalnız təhlükəli vəziyyət yarandıqda dərhal müdaxilə edir.

ASR (Sürüşməyə Qarşı Sistem)
ASR (Sürüşməyə Qarşı Sistem): VDC sisteminin ayrılmaz hissədir. Əyləclərin və mühərrik nəzarətinin köməyi ilə istənilən sürətdə dartmanı optimallaşdırır.

HBA (Hidravlik Əyləc Yardımcısı) və Yoxuşa Qalxma Köməkçisi
Alfa Romeo MiTo silsiləsi təcili əyləcləmə hallarında əyləc şəbəkəsi təzyiqini avtomatik olaraq artıran HBA – Hidravlik Əyləc Yardımcısı sistemi ilə tamamlanır. Yoxuşa qalmaq üçün nəzərdə tutulmuş Yoxuşa Qalxma Köməkçisi sistemi əyləci buraxdıqdan bir neçə saniyə sonra prosesi saxlayır, beləliklə yola düşməni asanlaşdırır və avtomobilin arxaya hərəkət etməsinin qarşısını alır.

MSR
MSR aşırı əyləcləmə zamanı mühərrikin əyləcləmə fəaliyyətini idarəetmə vəziyyətinə tədricən uyğunlaşdıran mühərrik kilidlənməsinin qarşısını alan bir sistemdir.

CBC (Döngələrdə Əyləcə Nəzarət)
CBC (Döngələrdə Əyləcə Nəzarət) sistemi avtomobil dönmə hərəkəti edən zaman əyləcləyərkən işə düşür. Bu halda, əyləc dönmə zamanı verilən aşağı və aşırı reaksiyaları minimallaşdıraraq avtomobilin stabilliyini saxlamaq üçün hər bir təkərə ayrı-ayrılıqda təzyiq edir.

DST (Dinamik İdarəetmənin Fırlanma Momenti)
Bu funksiya elektrik idarəetməni VDC sisteminin işi ilə əlaqələndirir. Bu aktiv elektron idarəetmə sistemi həm sürmə təhlükəsizliyi, həm də idarəetmə performansını inkişaf etdirir.

Bütün sürmə şərtlərində elektron idarəetmə mükəmməl dayaq performansı təmin edərək və təhlükəsizlik hissi yaradaraq sürücülərin düzgün manevrlər etməsinə kömək edir.

ALFA VƏ ƏTRAF MÜHİT

MiTo və ətraf mühit

Yüksək performans, aşağı texniki təminat xərcləri və aşağı emissiya dərəcəsi. Bütün bunlar birinci dərəcəli mühərriklər və son nəsil elektron qurğular sayəsindədir. Güc mənbələrinin hər birinin son dərəcə mükəmməl mühərrikləri var:

  • Yüksək enerji dəyərinə çatdıqda emissiyanı 10%-dək azaldan və adi mühərrikdən daha az yanacaq sərf edən inqilab yaratmış MultiAir və son dərəcə dəyişkən və sürücülük tərzindən asılı olaraq parlaq performans və ya azaldılmış emissiya arasında seçim etməyə imkan verən tamamilə yeni 105 At Gücünə malik TwinAir Turbo Euro 6 benzin mühərriki
  • Fırlanma momenti maksimum 1500 dövr/dəqiqə üçün 200 Nm olan, hətta 35000 km məsafə qət etdikdən sonra texniki xidmətə ehtiyac duyan, güc/yanacaq baxımından ən yaxşı mühərrik hesab olunan 85 Əyləc At Gücünə malik 1.3 JTDM dizel mühərriki. Bu dizel mühərriki rəqiblərindən 90 q/km-dən daha az CO2 emissiyasına görə “ən yaşıl” mühərriklərdən biri olması ilə fərqlənir.
  • Azot oksid və karbon emissiyasını kəskin şəkildə azaldan Alfa Romeo tərəfindən quraşdırılmış və təminat verilmiş çevik, etibarlı, möhkəm qoşa yanacaq mühərriki olan və ümumilikdə benzin və LPG mühərrikindən 1200 km daha çox məsafə qət edən 120 At Gücünə malik kateqoriyanın yeganə Turbo mühərriki kimi LPG mühərriki.

 

Bundan başqa, bu silsiləyə aid bütün mühərriklər yanacaq sərfiyyatını və emissiyanı azaltmağa kömək edən elektron sistemlərlə təchiz edilib:

  • İşə sal & Dayandır sistemi: şəhər nəqliyyat dayanacaqlarında avtomobilin dayanmasını və avtomatik yenidən işə düşməsini idarə edən sistem;
  • Sürət Qutusu Göstəricisi: sürət dəyişmə zamanını, mühərrikin səmərəliliyinin optimallaşdırılmasını və sərfiyyatın azaldılmasını təklif edən cihaz;
  • D.N.A.: sürücülük tərziniz və yol şərtləri üçün ən sərfəli quraşdırma təlimatını seçməyə imkan verən sistem