Giulietta

 FCA Importers – Alfaromeo

Giulietta

ALFA D.N.A.

ALFA D.N.A.

Yarış təcrübəsindən bəhrələnərək Alfa D.N.A. Alfa Romeo-nun sürüş üçün eksklüziv dəyişdirici açarıdır və bu açar mühərrik, əyləc, sükan, sürət qutusu, asqı və qaz pedalı ilə işləməklə sürücünün tərzinə və yol şəraitinə uyğunlaşmaq üçün avtomobil performansını mükəmməl şəkildə tənzimləyir.

Bu sistem sadə və intuitiv idarəetmə təklif edir: sadəcə sürət qutusunun qolu yanındakı açarı dəyiş.

- İdmansayağı Dynamic rejimdə elektron dartmaya nəzarət sistemi daha ehtiyatla işə müdaxilə edir, mühərrik və əyləclər daha çevik və sürətli reaksiya verir, sükan idarəetməsi isə daha da birbaşa və idmansayağıdır. 
- Dəyişdirici açar Natural şəhər vəziyyətinə gətirildikdə, tənzimləmə daha neytral olur və yanacaq sərfi optimallaşdırılır.
- Yol səthinin tutma xüsusiyyəti məhduddursa, All Weather rejimi seçilə bilər. Bu rejim bütün elektron cihazların daha erkən mərhələdə avtomobilin idarəetməsinə müdaxilə etməsi üçün dizayn edilmişdir.
Pre-fill (Öncədən doldurma)
 

Dynamic rejimdə Giulietta, həmçinin Pre-Fill funksiyasını təqdim edir – bu funksiya sürücüyə əyləc sisteminin ən tez bir zamanda reaksiya verməsini təmin etmək üçün VDC (Avtomobilə Dinamik Nəzarət) sistemindən istifadə edir. Nəzarət cihazı cəld tormozlama tələb edən təhlükəli vəziyyət aşkar edərsə, əyləc sistemi sürücü əyləc pedalına basmazdan bir neçə dəqiqə öncə təzyiqlə dolur və beləcə sistemin tez reaksiya verməsini təmin edir. Nəticədə avtomobilin dayanma məsafəsi azalır.

ALFA TCT

ALFA TCT

Alfa TCT Alfa Romeo-nun iki muftası ilə təchiz edilmiş 6 sürət səviyyəli avtomatik sürət qutusudur. 1.4 MultiAir Turbo benzin 170 A.G. və 2.0 JTDM 175 A.G. benzin mühərriklərində təmin edilən bu mexanizmin modernləşdirilmiş texnologiyası ötürücü səviyyəsini dəyişərkən güc itirmədən qüvvə momentini və dartmanı davamlı olaraq təmin edir.

MULTİMEDİA SİSTEMLƏRİ

MULTİMEDİA SİSTEMLƏRİ

Blue&Me™ sistemi Bluetooth ilə təmin edilmiş bazardakı mobil telefonların əksəriyyətini dəstəkləyir və yeni standartlara və telefonlara uyğunlaşdırmaq üçün yenilənə bilir. Blue&Me haqqında, onun funksiyaları və cihazlara uyğunluğu haqqında məlumat əldə etmək üçün Blue&Me sisteminin saytına baş çəkin.

Uconnect ™ 5″ Radio

Hər kəs musiqini qoşduqdan sonra hər şeyin əlinin altında olmasını istəyir. Ona görə də, yeni Alfa MiTo MY’14 sizə standart olaraq Uconnect™ sistemini təqdim edir. Avtomobildə quraşdırılan bu sistem yüksək keyfiyyətli səs sistemini multimedia xidmətləri və funksiyaları ilə birləşdirir. Siz bu sistemi 5 düymlük rəngli sensor ekran və səs tanıma sayəsində barmağınızın toxunuşu ilə və ya sadəcə səsinizlə idarə edə bilərsiniz.

– Siz sensor ekrandan istifadə edərək bütün audio funksiyalara birbaşa keçə bilərsiniz: AM/FM radio, CD pleyer, media pleyer cihazları USB portu və ya AUX-in ştepsel yuvası vasitəsilə qoşula bilər.
- Əmrlər səs vasitəsilə də verilə bilər.
- Bluetooth® interfeysi qəbul edilən mətn mesajlarını (mətndən səsə çevirmə sistemi vasitəsilə) oxumağa və telefon zənglərinə cavab vermək üçün sükandakı düymələrdən istifadə etməyə imkan verir*.
- Audio Streaming sistemilə siz ağıllı telefonunuzdakı musiqi fayllarına naqilsiz qulaq asa və ya internet radionu aça bilərsiniz*.

Uconnect5’’ Radio Nav

Hər kəs musiqini qoşduqdan sonra hər şeyin əlinin altında olmasını istəyir. Ona görə də, MiTo sizə Uconnect™ sistemini təqdim edir. Avtomobildə quraşdırılan bu sistem yüksək keyfiyyətli səs sistemini multimedia xidmətləri və funksiyaları ilə birləşdirir. Siz bu sistemi 5 düymlük rəngli sensor ekran və səs tanıma sayəsində barmağınızın toxunuşu ilə və ya sadəcə səsinizlə idarə edə bilərsiniz. Uconnect 5” Radio funksiyalarına əlavə olaraq, Uconnect 5” Radio Nav naviqasiya sistemi ilə siz ən müasir naviqasiya texnologiyasına çıxış edə bilərsiniz:

– Sensor ekran və səs tanıma funksiyaları ilə daha da rahatlaşdırılan, asan və intuitiv naviqasiya üçün TomTom® sistemi ilə birgə hazırlanan quraşdırılmış naviqasiya
- Yol hərəkəti mesajı kanalından (TMC) istifadə etməklə zəif hərəkətli və gecikmələr olan yollar barədə real vaxtda məlumatlar verir.
- “Qabaqcıl Zolaq Yönləndirmə” (Advanced Lane Guidance) sistemi ən mürəkkəb qovşaqlardan belə rahatlıqla keçməyinizə kömək edir.
- Bu sistem quraşdırılmış sürət kameraları barədə və ortalama sürət kameralarının və sabit kameraların vəziyyəti barədə xəbərdarlıq edir.
- IQ Routes® sistemi sayəsində faktiki, ölçülmüş ortalama sürət əsasında ən yaxşı marşrutu hesablayıb tapır.

Bose Səs Sistemi


Bose Səs Sistemi bütün sürmə şəraitlərində hər bir sərnişini müstəsna keyfiyyətə sahib səslə təmin edir.

Hi-Fi sisteminin çıxış siqnalının gücü 500 vatt təşkil edir və həmişə dərin olan bass notlar üçün 8 kanallı rəqəmsal gücləndiricili sabvuferə əlavə olaraq əsas səsgücləndiricilərdən və tam əhatəli səs üçün alətlər panelində mərkəzi səsgücləndiricidən ibarət akustik sistem təklif edir. Gitara riffinə və ya tam orkestra qulaq asmağınızdan asılı olmayaraq, Bose® Səs Sistemi canlı konsertə qulaq asdığınız zaman keçirdiyiniz hissləri sizə yaşadacaq.

Gerçək səs istehsalı, çox təmiz yüksək notlar, dolğun və zəngin bass notları səsə bütün sərnişinləri tam əhatə etməyə imkan verir və nəticədə, dinləyicidə sanki daha geniş bir mühitin içindək keçdiyi hissini yaradır, çünki audio sistem xüsusi olaraq sərnişin kupesi üçün dizayn edilmişdir. Dinləmə həyəcanını daha da özünəməxsus etmək üçün inteqrasiya edilmiş siqnal prosessoru bass notlarını avtomatik tənzimləyir ki, onlar istənilən səs yüksəkliyini mükəmməl olsun. Eyni zamanda aktiv bərabərləşdirmə dövrəsi bütün tezliklərdə çıxan səsin optimal şəkildə avtomatik olaraq elektron balanslaşdırmasını, səs həddi çərçivəsində tonun yüksək balans və aydınlığını təmin edir, səs tonunun çox yüksək olduğu keçidlərdə və ya yüksək dinamik treklərdə xoşagəlməz pozuntuları aradan qaldırır.

MEXANİKA

MEXANİKA

Bundan əlavə, Giulietta üç sürmə rejimi:  Dynamic, Natural və All Weather rejimləri arasında seçim edən Alfa D.N.A. dəyişdirici açarından istifadə etməklə həmişə ən yaxşı sürmə şəraitini təmin edir.

TEXNOLOGİYA VƏ TƏHLÜKƏSİZLİK STANDART KİMİ

The standard equipment of the Alfa Romeo Giulietta includes state-of-the-art electronic systems for dynamic control and safety. The advanced MACPHERSON ön asqısı  və MULTILINK arxa asqısı son hədlərdə belə mükəmməl balansı təmin etmək üçün dizayn edilmişdir.

Bütün bu sistemlər Alfa Romeo-nun əsl sürmə təhlükəsizliyini, avtomobilin dartmasını və performansını təmin edir. Giulietta modelinin asqı sistemi onun ikili xarakterini ifadə edir: idmansayağı və əyləncəli, amma dominant və komfortlu.

Aktiv Qoşa Dişli Çarx
sükanı yeni nəsil sükan sistemidir və Alfa Romeo-ya şöhrət qazandıran sürmə məmnunluğunu təmin etmək üçün xüsusi olaraq Giulietta modeli üçün dizayn edilmişdir.

Bu sistemin üstünlükləri dərhal hiss olunur:

– istənilən sürmə şəraitində birbaşa, həssas sükan idarəetməsi
- avtomobilin dinamik nəzarət sistemləri və Alfa D.N.A. ilə tam inteqrasiya
- dəyişən gücləndiricili sükan sisteminə görə yüksək sürmə komfortu
- 10.9 m-lik dönmə çevrəsinə görə şəhərdə və park etmə manevrləri zamanı rahat idarəetmə
- yanacaq sərfi ənənəvi sistemlərlə müqayisədə 3% azdır.

Arxitektura
Alfa Giulietta yola hakim olma, çeviklik və təhlükəsizlik məsələlərində ən tələbkar alıcıları məmnun etmək üçün dizayn edilmiş tam yeni arxitekturanı təqdim edir. Bu arxitektura asqılar üçün tətbiq olunan yeni texniki həllər, yeni nəsil sükan sistemi, alüminium və yüksək möhkəmliyə sahib polad kimi materiallardan hazırlanmış yüngül və möhkəm struktur və ən son istehsalat texnikası sayəsində müstəsna dinamik performans və yüksək komfort səviyyəsi təmin edir.

Çoxsaylı suallarla əhatələndiyimiz bir dövrdə Giulietta yeni bir istinad nöqtəsi kimi ərsəyə gətirilmişdir. Bu avtomobil üçün yeni bir arxitektura yaradılmışdır.
Alfa Romeo-nun mühəndislik sahəsində uzunmüddətli təcrübəsi əsasında yaradılan bir dizayn və nəticə inqilabidir. Bütöv arxitektura ən innovativ materiallardan – çox yüksək möhkəmlik və sərtlik keyfiyyətlərini yüngül çəki ilə birləşdirən alüminium, maqnezium və yüksək möhkəmliyə sahib poladdan istifadə etməklə əvvəlki nəsillə müqayisədə yenidən dizayn edilmişdir. Bu arxitekturanın yüngüllüyü heyrətamiz performans və əyləc sistemində əhəmiyyətli dərəcədə rahatlıq deməkdir.

Yeni döşəmə altlığı öz-özlüyündə orijinal sistemdir və çeviklik, komfort və təhlükəsizliyi təmin etmək üçün ayrı-ayrılıqda avtomobildəki hər bir mexaniki və elektron komponentlə qarşılıqlı olaraq harmoniyadadır.

TƏHLÜKƏSİZLİK

TƏHLÜKƏSİZLİK

5 ulduzlu təhlükəsizlik
Alfa Romeo Giulietta həm sürücü, həm də sərnişinlər üçün tam müdafiəni təmin etmək üçün dizayn edilmişdir. Bu nəticə 15,000 saatlıq virtual testlərdən, 100 qəza testi, HyGe slaydında 150 testdən və komponentlər və alt sistemlər üzərində 100-dən çox testdən sonra əldə edilmişdir.

5 ulduzlu Avro NCAP reytinqi

Alfa Romeo Giulietta modeli prestijli beş ulduzlu Avro NCAP reytinqi ilə mükafatlandırılmışdır. Bu yüksək mükafat Alfa Romeo-nun müdafiə və təhlükəsizlik məsələlərinin bütün aspektlərinə diqqət yetirdiyini təsdiqləyir. Avro NCAP sistemi 2009-cu ildən dörd qiymətləndirmə sahəsindən ibarət olan yeni sxem qəbul etdiyi üçün bu reytinq daha da əhəmiyyətlidir. Həmin sahələr Yaşlı sərnişin, Azyaşlı sərnişin, Piyadanın Mühafizəsi və zədələnmənin qarşısının alınması və aradan qaldırılması funksiyalarıdır və bunlarla birlikdə təhlükəsizlik kəməri siqnalı, ESP və sürət məhdudlaşdırıcının qiymətləndirilməsi həyata keçirilir.

Aktiv təhlükəsizlik
Giulietta modelinin arxitekturası tamamilə yenilənib və müxtəlif təhlükəsizlik sistemlərini maksimum dərəcəyə çatdırmaq üçün yenidən dizayn edilmişdir. Şassi və asmadan tutmuş əyləc və sükan sisteminə kimi hər bir nüans bütün şəraitlərdə avtomobilə maksimum nəzarəti təmin etmək üçün optimallaşdırılmışdır. Avtomobilə Dinamik Nəzarət (VDC) seriyanın bütün avtomobillərində standart olaraq təmin edilir və Alfa D.N.A. (Dynamic, Natural, All Weather sürmə rejimləri) sistemi ilə qarşılıqlı əlaqədə olur. Alfa D.N.A. sistemin performans strategiyalarını modullaşdırır, eyni zamanda, mühərrikin, sürət qutusunun, sükan sisteminin və Elektron Q2 diferensial sisteminin işləmə parametrlərini tənzimləyir. Giulietta modeli üçün, həmçinin Pre-fill (Öncədən doldurma) və DST (Dinamik Sükan Momenti) sistemləri təklif edilir. Bunlardan birincisi DNA Dynamic rejimdə aktiv olarkən sürücüyə əyləcin maksimum cəld reaksiya verməsini təmin edir; digəri isə qəza vəziyyətlərində sükana impuls göndərməklə sürücüyə çevik şəkildə düzgün manevr etmək imkanı verir.

Passiv təhlükəsizlik
Giulietta modelinin maksimum Avro NCAP reytinqinə çatmaq üçün təkmilləşdirilmiş təhlükəsizlik sistemi ön sonluğun enerji udma qabiliyyətini artırır və sərnişin kabinəsinə həm ətalət qüvvəsinin daxil olmasını, həm də müdaxilələri azaldır. Avtomobildə təhlükəsizlik altı hava yastığı; ikiqat ilkin kəmər gəriciləri və yük məhdudlaşdırıclarla üç ilgəkli təhlükəsizlik kəmərləri; bükülən pedal qurğusu və sükan dirəyi; boyun qırılmasına qarşı ikinci nəsil sistem və İsofix əlavələri ilə təmin edilmişdir. Bütün bunlar zərbənin artan sərtlik dərəcəsinə qarşı sərnişinin optimal müdafiəsini təmin edir.

Qabaqlayıcı təhlükəsizlik
Alfa Romeo Giulietta Gündüz Sürmə İşığı (Daytime Running Light) funksiyası ilə ön LED faralarla təmin edilmişdir və bu funksiya avtomobil işə düşdükdə avtomatik olaraq yan işıqları yandırır. LED lampalı arxa faralar da ənənəvi lampalarla müqayisədə daha çox parlaqlığa sahibdir və aktivləşməsi həddən artıq qısa vaxt aldığı üçün daha yüksək təhlükəsizlik təmin edir.

TPMS

Bu seriyadan olan bütün avtomobillər standart olaraq “Şin Təzyiqinə Nəzarət Sistemi” (TPMS) ilə təchiz edilmişdir. Bu elektron sistem hər bir şinin içindəki hava təzyiqinə nəzarət edir və hər hansı bir təzyiq itkisi olduqda sürücünü xəbərdar edir. Bu cihazdan istifadə həm təhlükəsizlik baxımından, həm də yanacaq sərfinin optimallaşdırılması və şinlərin uzun ömürlülüyünün təmin edilməsi baxımından faydalıdır. Boşalmış təkərlə avtomobili sürmək təkcə əyləc vaxtını uzadıb, beləcə də avtomobilin sabitliyini risk altına atmır, eyni zamanda şinlərin daha tez yeyilib köhnəlməsinə səbəb olur və bu da diyirlənmə müqavimətini, beləcə yanacaq sərfini artırır.

ALFA VƏ EKOLOGİYA

Giulietta və ekologiya

Giulietta modeli üçün bir prioritet var: ekologiya. Bu məqsədlə də benzin və dizel mühərrikləri Avro 5 standartlarına cavab verir. Bu nəticə inqilabi MultiAir mühərriki vasitəsilə əldə edilmişdir. Bu mühərriklər ənənəvi mühərriklərlə müqayisə edildikdə emissiya səviyyəsində və yanacaq sərfində 10% azalma təmin etməklə ən yüksək güc səviyyəsinə çata bilir.

Bu seriyadakı bütün mühərriklər. Start&Stop sistemi ilə təchiz olunub: bu sistem şəhər yollarında avtomobil durduğu zaman mühərriki avtomatik söndürür və yenidən işə salır. Ötürücü Səviyyəsini Dəyişən İndikatoru (Gear Shift Indicator) isə mühərrikin səmərəliliyini optimallaşdırmaq və yanacağa qənaət etmək üçün ötürücü səviyyəsini nə vaxt dəyişmək lazım olduğunu göstərir.