Giulietta

 FCA Importers – Alfaromeo

Giulietta

BENZİN

BENZİN

Bu cür nominal gücə sahib benzin mühərrikləri üçün sinfinin ən aşağı emissiya və yanacaq sərfiyyatı səviyyəsi ilə yüksək performans səviyyəsini birləşdirən texnologiya amalqaması. Bu mühərrik canlı və elastikdir, Start&Stop (İşə sal/Söndür) sistemi ilə birləşdirilib və yanacaq sərfiyyatı və emissiya səviyyəsi bu gücdə olan benzin mühərrikindən daha çox dizel mühərrikini xatırladır.

TEXNİKİ SPESİFİKASİYALARI:

1.4 Turbo Benzin 105 A.G.: Silindr: 4, xətti – Gücü: 77 kW (105 a.g.) – Qüv.mom. Nm – döv/dəq: 206 – 1750 – Sürət qutusu: 6 səviyyəli – Həcmi (sm3): 1368 – Maks.gücü kW (A.G-EC) döv/dəq-də (DYNAMIC): 77 (105), 5000 döv/dəq-də – Maks. qüv.mom Nm (kqm – EC) döv/dəq-də (NORMAL): 206 (21), 1750 döv/dəq-də – Maks. qüv. mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 206 (21), 1750 döv/dəq-də – maks. sürət (km/saat): 185 – 0-100 km/saat (s): 10.6 – Yanacaq sərfi: Şəhər içi (l/100 km): 8.3 – Şəhərdən kənarda (l/100 km): 5.3 – Birgə (l/100 km): 6.4 – CO2 emissiyası q/km: 148 – Ekoloji sinfi: Avro 6.
Digər Alfa Romeo mühərrikləri üçün səciyyəvi olan performans və səmərəliliyə sahib benzin mühərriki yanacaq sərfini və emissiyanın miqdarını əhəmiyyətli dərəcədə azaldacaqdır. 120 at gücündə 1.4 Turbo Benzin mühərrikinin yenilənmiş versiyası 5000 döv/dəq-də 105 a.g. və 1750 döv/dəq-də maksimum 206 Nm qüvvə momenti təmin edir və bunlara baxmayaraq, yanacaq sərfiyyatı və emissiyanın miqdarı 6.4 l/100 km və 148 q/km-də qalır. Eyni zamanda, Start&Stop sistemi sayəsində avtomobil hər dəfə durduqda mühərrik avtomatik olaraq dayanır.

1.4 Turbo Benzin 120 A.G.: Silindr: 4, xətti – Gücü: 88 kW (120 a.g) – Qüv.mom. Nm – döv/dəq: 215 – 2500 – Sürət qutusu: 6 səviyyəli – Həcmi (sm3): 1368 – Maks. gücü kW (A.G.-EC) döv/dəq-də (DYNAMIC): 88 (120), 5000 döv/dəq-də – Maks. qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (NORMAL): 215 (22), 2500 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 215 (22), 2500 döv/dəq-də – maks. sürəti (km/saat): 195 – 0-100 km/saat (s): 9.4 – Yanacaq sərfi: Şəhər içi (l/100km): 8.3 – Şəhərdən kənarda (l/100km): 5.3 – Birgə (l/100km): 6.4 – CO2 emissiyası q/km: 148 – Ekoloji sinfi: Avro 6
Şəhər yollarında sizi yormadan idarə edilə bilən, eyni zamanda minimum xərc tələb edən avtomobil arzusunda olanlar üçün ideal mühərrik. Turbo mühərrik aşağı sürətlərdə belə sürətli reaksiyanı təmin edir, eyni zamanda Start&Stop sistemi komfort və sürücü-sərnişin təhlükəsizliyinə heç bir xələl gətirmədən yanacaq sərfiyyatını və emissiyanın səviyyəsini kəskin şəkildə azaldır.

1.4 Turbo MultiAir 170 A.G.: Silindr: 4, xətti – Gücü: 125 kW (170 A.G.) – Qüv.mom. Nm – döv/dəq: 250 – 2500 – Sürət qutusu: 6 səviyyəli – Həcmi (sm3): 1368 – Maks. gücü kW (A.G.-EC) döv/dəq-də (DYNAMIC): 215 (125), 5500 döv/dəq-də – Maks.qüv.mom Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 230 (23.4), 2250 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 250 (25.5), 2500 döv/dəq-də – maks. sürəti (km/saat): 218 – 0-100 km/saat (s): 7.8 – Yanacaq sərfi: Şəhər içi (l/100km): 7.6 – Şəhərdən kənarda (l/100km): 4.6 – Birgə (l/100km): 5.7 – CO2 emissiyası q/km: 131 – Ekoloji sinfi: Avro 6

1.4 Turbo Benzin MultiAir 170 HP TCT: Silindr: 4 – Həcmi (sm3): 1368 – Maks. gücü kW (A.G.-EC) döv/dəq-də (DYNAMIC): 125/170, 5500 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (NORMAL): 230 (23.4), 2250 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 250 (25.5), 2500 döv/dəq-də – Maks.sürəti (km/saat): 218 – 0-100 km/saat (s): 7.7 – Yanacaq sərfi: Şəhər içi (l/100km): 6.6 – Şəhərdən kənarda (l/100km): 4.3 – Birgə (l/100km): 5.1 – CO2 emissiyası q/km: 119 – Ekoloji sinfi: Avro 6

170 at gücündə Turbo benzin MultiAir mühərrikinin səmərəliliyi Alfa TCT avtomatik transmissiyasının səmərəliliyi ilə birləşir. Bu iki elementin texniki kombinasiyası performans, yanacaq sərfi və emissiya səviyyəsi baxımından ən son həddi təklif edir və bu nüanslar da mexaniki sürət qutulu versiyası ilə müqayisədə təkmilləşib.

1.750 Turbo Benzina 240 CV TCT: Silindr: 4 – Həcmi (sm3): 1750 – Maks.qüv.mom. (A.G.-EC) döv/dəq-də: 340 (34,6), 2000 döv/dəq-də – Maks. sürəti (km/saat): 244 – 0-100 km/saat (s): 6,6 – Yanacaq sərfi: Şəhəriçi (l/100km): 9,8 – Şəhərdən kənarda (l/100km): 5,3 – Birgə (l/100km): 7,0 – Emissiya CO2 (q/km): 162 – Ekoloji sinfi: Avro 6

Alüminium kimi yüngül çəkili materiallardan istifadə və Alfa TCT avtomatik transmissiyanın Launch Control sistemi ilə kombinasiyası sayəsində bu mühərrik Giulietta Quadrifoglio Verde modelinə 0-dan 100 km/saat sürəti 6.6 saniyədə yığmağa imkan verir.

DİZEL

DİZEL

Tez uyğunlaşan və qənaətcil dizel mühərriki çox aşağı yanacaq sərfiyyatı ilə çevik reaksiyasına görə insanı heyrətləndirir. Xarakterə və seçilən tərzə sahib bir avtomobil axtaran hər kəs üçün nəzərdə tutulan bir mühərrik.

TEXNİKİ SPESİFİKASİYALARI:

1.6 JTDM 105 A.G.: Silindr: 4, xətti – Gücü: 77 kW (105 A.G.) – Qüv.mom. Nm – döv/dəq: 320 – 1750 – Sürət qutusu: 6 səviyyəli – Həcmi (sm3): 1598 – Maks. gücü kW (A.G.-EC) döv/dəq-də (DYNAMIC): 77 (105), 4000 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (NORMAL): 280 (28.5), 1500 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 320 (32.6), 1750 döv/dəq-də – Maks.sürəti (km/saat): 185 – 0-100 km/saat (s): 11.3 – Yanacaq sərfi: Şəhəriçi (l/100km): 5.5 – Şəhərdən kənarda (l/100km): 3.7 – Birgə (l/100km): 4.4 – CO2 emissiyası q/km: 114 – Ekoloji sinfi: Avro 5

2.0 JTDM 150 A.G.: Silindr: 4 – Həcmi (sm3): 1956 – Maks. gücü kW (A.G.-EC) döv/dəq-də (DYNAMIC): 110/150, 3750 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (NORMAL): 320 (32.5), 1500 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 380 (38.7), 1750 döv/dəq-də – Maks.sürəti (km/saat): 210 – Sürət yığma (1 nəfər + 30kq) 0-100 km/saat (s): 8.8 – Yanacaq sərfi: Şəhər içi (l/100km): 5.0 – Şəhərdən kənarda (l/100km): 3.7 – Birgə (l/100km): 4.2 – CO2 emissiyası q/km: 110 – Ekoloji sinfi: Avro 5+

Standart olaraq Start&Stop sistemi ilə təmin edilmiş 2.0 JTDM 150 a.g. mühərrik bir tərəfdən qüvvə momenti və sürət yığma performansı baxımından, digər tərəfdən aşağı miqdarda emissiya baxımından kateqoriyasında liderdir. Xüsusi özəllikləri ilə 2.0 2.0 JTDM 150 a.g. mühərrik öz kateqoriyasında (yəni 130-150 a.g. aralığında olan mühərriklər arasında) ən yaxşı yanacaq/performans nisbətinə sahib mühərrikdir.

2.0 JTDM 170 A.G.: Silindr: 4, xətti – Gücü: 125 kW (170 A.G.) – Qüv. mom. Nm – döv/dəq: 350 – 1750 – Sürət qutusu: 6 səviyyəli – Həcmi (s3): 1956 – Maks.gücü kW (A.G.-EC) döv/dəq-də (DYNAMIC): 125/170, 4000 döv/dəq-də – Maks. qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (NORMAL): 320 (32.5), 1500 döv/dəq-də – Maks.qüv.mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 350 (35.6), 1750 döv/dəq-də – Maks.sürəti (km/saat): 218 – 0-100 km/saat (s): 8.0 – Yanacaq sərfi: Şəhər içi (l/100km): 5.8 – Şəhərdən kənarda (l/100km): 4.1 – Birgə (l/100km): 4.7 – CO2 emissiyası q/km: 124 – Ekoloji sinfi: Avro 5

Avtomobili ilə ən çox avtomagistrallarda hərəkət edən və ya dizel mühərrikindən ən yüksək performansı tələb edənlər üçün xüsusi olaraq dizayn edilmişdir. Bu mühərrik avtomobilə öz kateqoriyasında ən yaxşı performanslardan birini göstərmək, bu gücə sahib avtomobillər arasında yüksək sürmə elastikliyi və ən az yanacaq sərfi və emissiya səviyyələrini nümayiş etdirmək imkanı verir. Mühərrikin bu versiyası maksimal komfort və işləkliklə yüksək dinamik və mühərrik performansını uyğunlaşdırmaqda uğura imza atmışdır.

MAYE QAZ

MAYE QAZ

Mühərrik əvvəlcə benzinlə təchiz olunur və daha sonra avtomatik olaraq maye qaza keçirilir, amma bu zaman sürət yığmada və mühərrikin reaksiya vermə sürətində heç bir dəyişiklik olmur.

TEXNİKİ SPESİFİKASİYALARI:

1.4 Turbo Benzin LPG 120 A.G.: Silindr: 4, xətti – Gücü: 88 kW (120 A.G.) – Qüv.mom. Nm – döv/dəq: 206 – 1750 – Sürət qutusu: 6 səviyyəli – Həcmi (sm3): 1368 – Maks. gücü kW (A.G.-EC) döv/dəq-də (DYNAMIC): 88 (120), 5000 döv/dəq-də – Maks. qüv. mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 206 (21), 1750 döv/dəq-də – Maks. qüv. mom. Nm (kqm – EC) döv/dəq-də (DYNAMIC): 206 (21), 1750 döv/dəq-də – Maks. sürəti (km/saat): 195 – Yanacaq sərfi: Şəhər içi (l/100km): 8.5 (Benzin) – 10.9 (Maye qaz) – Şəhərdən kənarda (l/100km): 5.2 (Benzin) – 6.8 (Maye qaz) – Birgə (l/100km): 6.4 (Benzin) – 8.3 (Maye qaz) – Birgə (l/100km): 149 (Benzin) – 134 (Maye qaz) – Ekoloji sinfi: Avro 5

1.4 Turbo benzin və maye qaz mühərriki benzin mühərriki kimi eyni qüvvə momenti, güc və etibarlılıq xüsusiyyətlərinə malikdir və ekvivalenti olan benzin mühərriki ilə müqayisədə daha az emissiya səviyyəsi ilə daha az sürmə və texniki xidmət xərcləri özəlliklərini özündə birləşdirir. Ardıcıl Multipoint sistemindən istifadə edilməklə mühərrikə təchiz edilən yanacaq benzindən maye qaza hiss edilmədən və dərhal keçir. Mərkəzi tuneldəki xüsusi açarı ilə hansı yanacaqdan istifadə edəcəyinizi özünüz seçirsiniz. Avtomobildə quraşdırılmış iki yanacaq çəni 1400 km-lik məsafəni qət etməyə imkan verir. Maye qaz tükəndikdə mühərrik avtomatik olaraq benzinlə qidalanmağa keçir.