Giulietta

 FCA Importers – Alfaromeo

Giulietta

MÜKƏMMƏL HARMONİYA

MÜKƏMMƏL HARMONİYA

Modelin yeni ön hissəsi klassik Alfa Romeo motivinin təkmilləşmiş forması olan dəbdəbəli şəbəkə ilə bəzədilmişdir. Bamperdə mükəmməl simmetriya ilə quraşdırılmış duman faraları ilə birlikdə böyük LED ön faralar Giulietta (Cülyetta) modelinə cəzbedici və iddialı görünüş verir.

Avtomobilin profili güclü və əzələləri görkəmli yan tərəflərdə geriyə doğru gərilir və aerodinamik spoylerin və arxa LED lampaların aydın itiliyinin detalları ilə birləşir. Çöldən möhkəmlik və elastiklik, içəridə isə yüngüllük. Aydın xətləri və üfüqi uzanan alətlər paneli ilə Giulietta-nın sərnişin kupesi İtalyan dəbinin gəldiyi ən son nöqtədir.

Səs keçirməyən interyerdə sərnişinlər arxaya söykənib daha da rahat və insanı sarıyan beş dəri oturacaqda rahatlaya bilərlər. Avtomobilin hər bir detalı onun idman və aqressiv xüsusiyyətini qabardır: parçaların naxışlarından və əlaqələndirilmiş qapı panelləri ilə alətlər panelinin profilindən tutmuş Alfa Romeo sipərindən ilhamlanaraq hazırlanmış mərkəzi alüminium elementi ilə üç milli sükana kimi.

Alətlər panelinin idarəetmə elementləri avtomobilin diqqəti yayındırmadan tam idarə edilməsi üçün dizayn edilmişdir və bu şəkildə onu sürmə duyğusu daha da güclü olur.