Emotions are the difference
between creating and making

 FCA Importers – Alfaromeo

Emotions are the difference
between creating and making

MƏŞHUR İTALYAN DİZAYNı

Alfa Romeo zəngin tarixi, eyni zamanda dövrün müasir texnologiyasının, yarış ruhlu performansının və təhrikedici üslubun məftunedici qarışımı ilə emosiyaları oyadır. İtaliyada, Milanda istehsal olunan Alfa Romeo hər zaman bu elementlərin mükəmməl tarazlığını yalnız funksiya halına salmadan dəb halına gətirməyə də cəhd edib. Tamamilə yeni Alfa Romeo Giulia duyğuları oyadır və o, tipik bir İtalyan avtomobilidir, qüsursuz Alfa Romeodur.

DESIGN FULL WIDTH

MÜKƏMMƏL ÇƏKİ PAYLANMASı

Tamamilə yeni Giulia Quadrifoglio modelinin sürücülük həzzini xüsusi edən sürücünü tam güc və nəzarət tarazlığı ilə təmin edərək çəkinin 50/50-yə mükəmməl paylanmasıdır. Bu cəlbedici çəki paylanmasına mahir çəki idarəetməsi və poladdan üç dəfə daha güclü və yeddi dəfə daha yüngül olan karbon lifi də daxil olmaqla xüsusi sinif texniki materiallarının istifadə olunması ilə nail olunub.

Karbon lifindən ötürücü val, kapot, dam və ön oturacaq karkası da daxil olmaqla avtomobilin bütöv dizaynında istifadə olunub. Alüminiumdan isə mühərrik və asqı daxil olmaqla digər gövdə hissələri və əsas mexaniki komponentlər üçün geniş şəkildə istifadə olunub. Karbon keramika əyləclər Giulia Quadrifoglio modelini ümumi çəkini azaltmaqla yanaşı bütün şərtlərdə müstəsna əyləcləmə performansı ilə təmin edir.