4C

 FCA Importers – Alfaromeo

4C

ALFA TCT

ALFA TCT

Mühərrikin gücü təkbaşına Alfa Romeo 4C-nin mükəmməl performansını təmin edə bilməz. Onu idarə etmək üçün təkmilləşdirilmiş transmissiya sistemi lazımdır.

Bütün elektron sistemlərin işləmə məntiqi avtomobilin sürmə şərtləri üçün dəqiq performans səviyyəsini əldə etmək məqsədilə optimallaşdırılmışdır. Bir barmaq toxunuşu ilə avtomobilinizin rejimini dəyişə bilərsiniz: itaətkar və ekonom (All weather), balanslı, amma idman tərzli (Natural) və ya sürətli və aqressiv (Dynamic). Alfa Romeo DNA dəyişdirici açarı 2008-ci ildən üç sürmə rejimi təklif edir. Alfa Romeo 4C modelində bu sistem yüksək performanslı superavtomobilin ehtiyaclarını qarşılamaq üçün tamamilə yenilənmişdir. Buna görə də, mövcud üç rejimə dördüncü Alfa Race rejimi əlavə edilmişdir.

Alfa Race
Alfa Race ən ekstremal performans rejimidir və rejim dəyişdirən açarı Dynamic (Dinamik) rejimə keçirib orda bir neçə saniyə saxladıqdan sonra aktivləşir. Alfa Race rejimi yarış şəraitində avtomobilinizi tam sizin ixtiyarınıza verir. Elektron sistemlərin müdaxiləsini minimallaşdırmaqla bu rejim sürücünü tam idarəetmə ilə təmin edir.
Alfa race rejimində ESC stabilliyə nəzarət normal olaraq deaktivləşdirilir və yalnız sərt əyləclər zamanı nəzarətin itirilməməsi üçün müdaxilə edir. Həmçinin ASR sürət yığma və əyləcə basma zamanı deaktivləşdirilir və siz sadəcə qaz pedalı ilə dartmaya nəzarət edirsiniz. Digər tərəfdən, Alfa Romeo-nun Q2 diferensiala nəzarət sistemi aktiv olur, çünki döngələrdən sürətli çıxış etmək üçün zəruridir.

Dynamic (Dinamik)
Dinamik rejim avtomobilə yüksək sürmə performansı göstərmək imkanı verir. Mühərrikə nəzarət parametrləri qaz pedalına ani cavab vermək üçün tənzimlənmişdir və Alfa TCT sürət qutusu ötürücü səviyyəsini dəyişdirmə vaxtını 25% azaltmaq üçün sürətli iş proqramını seçir. ESC sistemi müəyyən bucaq altında driftə icazə verir və yalnız sükanın vəziyyəti və drift bucağı avtomobili riskə altında qoya biləcəyi təqdirdə müdaxilə edir.

Natural (Təbii)
Natural rejimi gündəlik istifadə üçün dizayn edilmişdir. Ötürücü səviyyəsinin dəyişdirilməsi parametrləri maksimum komfort və rahatlıq üçün tənzimlənmişdir. Mexaniki rejimdə Alfa TCT transmissiyası sürücünün diqqəti yayınacağı təqdirdə işi yerinə yetirir. Auto-Up funksiyası mühərrikin sürəti icazə verilən həddə çatdıqda növbəti sürət səviyyəsinə keçirir, Auto-Down funksiyası isə mühərrikin sürəti 1000 dövrə/dəq-dən aşağı düşdükdə isə sürət səviyyəsini aşağı səviyyəyə keçirir. Yekun olaraq, Alfa Q2 diferensiala nəzarət sistemi zəif rejimdə işləyir və yalnız arxa təkərlərdən biri əhəmiyyətli dərəcədə yol tutma itirdikdə müdaxilə edir.

All weather (Hər cür hava şəraiti)
All Weather rejimi əlverişsiz hava şəraitində maksimum təhlükəsizlik üçün seçilməlidir. Bu rejimdə avtomobil qaz pedalına çox ehtiyatla cavab verir. ASR sistemi xüsusi mühərrik və əyləc nəzarəti səviyyəsini seçir və yol tutma itirildikdə ona cavab vermək üçün mühərrikin gücünü dəyişir.

BLOCK 1

4C modeli qoşa quru muftalı Alfa TCT 6-sürət səviyyəli transmissiyası ilə təchiz edilmişdir və bu mexanizm sürət səviyyəsinin ardıcıl dəyişməsinin gücünü avtomat sürət qutusunun bütün rahatlığı ilə birləşdirir. Bu sistem hər birinin öz muftası olan paralel iki sürət qutusu kimi işləyir. Növbəti ötürücü səviyyəsi əvvəlki səviyyə aktiv olduğu müddətdə işə düşür və beləcə gücün ötürülməsində yarana biləcək bütün qırılmalar aradan qaldırılır.
Alfa TCT mufta sistemi Alfa Romeo 4C modelində istifadə üçün xüsusi olaraq modifikasiya edilmişdir. 4C modelinin xüsusi mufta sistemi tam yeni nəzarət proqramına sahibdir və bu proqram təminatı bütün şəraitlərdə ən sürətli ötürücü səviyyəsi dəyişməsini təmin edir. Ötürücü səviyyəsi dəyişmələri idman performansı rejimlərində daha sərtdir və sürücülər yarış maşınında olduğu kimi yeni ötürücü səviyyəsinin işə düşdüyünü aydın şəkildə hiss edə bilərlər. Digər tərəfdən, döngələrdə ötürücü səviyyəsinin dəyişməsi stabilliyi qorumaq üçün ən rahat şəkildə tamamlanır. 4C modeli, həmçinin dayanan avtomobilin rahat şəkildə yüksək performansla yerdən götürməsi üçün Launch Control (Təkanla Buraxmaya Nəzarət) sistemi ilə təchiz edilmişdir. Launch Control funksiyası əyləc pedalı basılıykən qaz pedalını tam dibinə kimi sıxaraq və sükanın solundakı kiçik qolu dartmaqla aktivləşdirilir. Əyləci buraxdıqdan sonra sistem sürət yığmanı maksimum həddə çatdırmaq üçün avtomatik olaraq sürət qutusunu, dartmanı və gücü idarə edir.

Alfa Romeo 4C modelinin təmizləyici texnologiyası mühərrik aşağı sürətdə olarkən qüvvə momentini yüksəldir və sürücünün qaz pedalını basmağına cavab olaraq daha çox güc təmin edir. Nəzarət qurğusu giriş borusundan buraxıcı boruya hava axınını yaratmaq üçün klapanların açıq qalma vaxtlarını və bucaqlarını böyük dəqiqliklə müəyyənləşdirir.

TURBOKOMPRESSOR

TURBOKOMPRESSOR

Təmizləyici texnologiyanı tamamlamaq üçün mühərrik, həmçinin yeni nəsil turbokompressorla və mühərrikin sürəti aşağı olanda qüvvə momentini artırmaq üçün təzyiq dalğaları buraxan impuls dəyişdiricili buraxıcı boru ilə təchiz edilmişdir. Boru və turbin mikrotökmə poladdan hazırlanmışdır.

BLOCK 7

Yarış sinfinin bütün lider avtomobilləri kimi 4C modelində turbokompressor üçün avtomatik sərinlətmə sistemindən istifadə olunmuşdur. Mühərrikin söndürülməsi normal olaraq yağ dövriyyəsini dərhal dayandırmalıdır və bu halda yağ çox yüksək temperatura sahib turbokompressorda uzun müddət hərəkətsiz qalır. Yağın məruz qaldığı termal təzyiq onun yağlama qabiliyyətini itirməsinə səbəb olur və eyni zamanda, çöküntülərin yaranmasına gətirib çıxarır ki, bunlar da mühərriki zədələyə bilər. bunun qarşısını almaq üçün Alfa Romeo avtomobil üçün elektrikli nasos təqdim etmişdir. Bu nasos ECU (Elektron Nəzarət Qurğusu) tərəfindən avtomatik olaraq idarə olunur və turbokompressor kifayət qədər soyuyana kimi yağı onun içində dövrələtdirir.