4C

 FCA Importers – Alfaromeo

4C

YARIŞ İNTERYERİ

YARIŞ İNTERYERİ

Alfa Romeo 4C avtomobilinə daxil olmaq avtomobil yarışlarının dünyasına daxil olmaq deməkdir. Eksteryerində olduğu kimi, bu modelin interyerindəki hər bir detalın dəqiq funksiyası var: 4C modelində artıq detal yoxdur və mükəmməl sürüş performansı üçün ən mühüm elementlər təmin edilmişdir.

BİR XƏYALIN DOĞULUŞU

Tərzində, rahatlığında və təəccübləndirmək istəyində heç bir güzəştə getmir. Alfa Romeo 4C modelinin əsas mahiyyəti sadədir: mükəmməl performans. Dizaynı ilə bağlı hər bir qərar bu nüans nəzərə alınmaqla verilmişdir.
Bu canavarın ürəyi, mərkəzdə quraşdırılmış mühərrik arxa pəncərədən aydın şəkildə görünür. Avtomobildəki bütün digər elementlər burdan başlayır. Arxa yumru faralar aralıq soyuducu üçün havanı saxlayan əzələli arxa qanadlarla birləşir. Güclü və dinamik yan tərəflər ön faralar üçün mükəmməl ön profil üzrə daralır və ön faraların ortasında iki V şəkilli xətt qalxan formalı şəbəkəyə və Alfa Romeo nişanına doğru əyilir. Nəticədə qüsursuz yarış ruhunu daşıyan avtomobil ərsəyə gətirilmişdir. Hər bir struktur element spesifik aerodinamik funksiyanı yerinə yetirmək və sürətli döngələrdə maksimal yol tutmasını təmin etmək məqsədilə lazım olan sıxma gücünü yaratmağa kömək etmək üçün nəzərdə tutulmuşdur.

Avtomobilin özünəməxsus gövdəsi tam karbon lifindən hazırlanmışdır. İçəridə isə yarış oturacaqları sizə rahat, amma düzgün yarış vəziyyətini təmin edir. Oturacaqlar möhkəmləndirilmiş kompozit materiallardan və xüsusi yüngülçəkili doldurma materialdan hazırlanmışdır. Üzlüklər texniki parçadan və ya dəridəndir.
4C modelində, demək olar ki, hər şey Alfa Romeo-nun yarış ruhunu təcəssüm etdirir. Sükan dibdən montajlanıb. Alətlər paneli məhdud saylı superavtomobillərdə quraşdırılan yüksək temperaturla hazırlanmış qılafdandır. Bütün idarəetmə alətləri isə avtomobil üzərində tam nəzarət üçün sürücüyə istiqamətləndirilmişdir. Alətlər paneli qrafikası yüksək vizual təsirə malikdir və idman motosikletləri və yarış avtomobillərindən ilhamlanıb ərsəyə gətirilmişdir. Alüminium pedallar və topuq qoruyucuları əsl idman xüsusiyyətinin sonuncu elementlərini təşkil eləyir.

İTALİYA İSTEHSALI

İTALİYA İSTEHSALI

Alfa Romeo şirkəti 4C modelini Modenada yığmağa qərar verdi və bunun üçün şəhərin Maserati zavodunda xüsusi bir bölmə ayırdı. Əsas diqqət təkmilləşmiş texnologiya ilə yüksək keyfiyyətli sənətkarlığa yönləndirilmişdir və bu ikisinin birləşməsi texniki məsələlərin həllində və detallara diqqət yetirməkdə həqiqi özəlliyə sahib avtomobillərin istehsalına gətirib çıxarır.

4C modelinin yığma xəttində insanlar bu fərqi yaradırlar. Bu yeni Alfa Romeo modelinin istehsalı ilə məşğul olan peşəkar mütəxəssislər 500 saatlıq xüsusi təlim keçmiş və son məhsulun 10 aylıq inkişaf prosesini izləyiblər. Nəticədə onlar həsəd aparılacaq dərəcədə dərin texniki biliyə yiyələniblər. Yığma mütəxəssisləri prosesin hər bir mərhələsinə şəxsən riayət edir və xəttin sonunda bütün komponentlərin mükəmməl şəkildə işlədiyindən əmin olmaq üçün ciddi keyfiyyətə nəzarət testlərini həyata keçirirlər. Tam yığılmış avtomobil daha sonra müxtəlif şəraitlərdə dinamik performans testləri üçün peşəkar test sürücülərinə təhvil verilir. Yalnız ondan sonra yeni Alfa Romeo 4C yola çıxmağa hazır olur.

İTALYAN MÜKƏMMƏLLİYİ

İTALYAN MÜKƏMMƏLLİYİ

Alfa Romeo 4C modeli Alfa Romeo tərəfindən dizayn edilmiş və Maserati-nin Modenadakı zavodunda istehsal edilmişdir, amma avtomobildə italyan mükəmməlliyini avtomobilin hər bir elementində görmək mümkündür.

İtaliyanın sektordakı ən böyük adları və dünyada superavtomobil istehsalçıları üçün təchizatçı olan şirkətlər Alfa Romeo 4C-nin ərsəyə gətirilməsində öz əməyini ortaya qoyublar:

  • Adler Group: karbondan daşıyıcı kuzovun istehsalçısı
  • Emarc: qoruyucu dirəklərin, qəza qutularının və bütün alüminium çərçivələrin istehsalçısı
  • IMR: kompozit materiallardan ibarət korpusun istehsalçısı

Məhz bu nüanslara görə Alfa Romeo 4C modeli avtomobil sektorunda istehsalatın italyan mükəmməlliyini təmsil edir.