4C

 FCA Importers – Alfaromeo

4C

FƏRDİLƏŞDİRMƏ

FƏRDİLƏŞDİRMƏ

Bütün siniflərdən olan müştərilərin tələbatlarına cavab vermək üçün istər estetik, istərsə də idman xüsusiyyətini qabartmaq üçün 4C modelinin bir çox fərdiləşdirmə imkanları vardır. Alfa Romeo 4C modelinin eksteryeri üçün altı rəng seçimi vardır: üç parlaq (Qara, Ağ və Alfa Qırmızı), bir metallik (Basalto Boz) və iki üç-qatlı (Madreperla Ağ və Competizione Qırmızı).

Müxtəlif ölçü və dizaynlara əlavə olaraq təkər çənbərləri üzrə təkliflərə rəng seçimi də daxildir: avtomobilə daha da idmansayağı görünüş vermək üçün polad və ya cilalama seçimləri. Hətta əyləc pərçimi üçün də rəng seçimi vardır. Alfa Romeo 4C modeli üçün dörd rəng seçimi təklif edilir: boz (standart), qırmızı, sarı və qara.

İnteryerə gəlincə isə, bazarda mövcud olan idman oturacaqlarının ideal nümunəsi olan karbon lifli örtüyə sahib Sabelt oturacaqları 4 fərqli üzlük seçimi ilə təklif edilir: qırmızı ilməli standart qara parçaya əlavə olaraq, siz qara və ya qırmızı dəri seçimlərini, hətta sinfinin lideri olan qırmızı ilməli mikrolifli dəri təklifini qiymətləndirə bilərsiniz. Bundan əlavə, interyerin standart olaraq qara olan rəngi “iki tonlu qırmızı interyer”lə dəyişdirilə bilər və bu, avtomobilin içində daha da idmansayağı və eksklüziv ab-hava yaradır.

Karbondan hazırlanmış ön faraların çərçivəsi və alətlər panelinin örtüyü də iki seçimlə gəlir və əlavə karbon lifiylə təklif edilir. Bu material isə avtomobildə aparıcı rola sahibdir və avtomobilin digər elementlərində istifadə olunmuş şəffaf kuzov sayəsində içəridən görünür. Digər tərəfdən, qoşa Racing (Yarış) buraxıcı boru ucluqları, Racing Tənzimləməsi və AR Racing Şinləri üzrə seçimlər də Alfa Romeo 4C modelinin idmansayağı görünüşünü daha da artırır. Avtomobil üçün bu spesifik seçimlərə əlavə olaraq, Alfa Romeo 4C modelinin müştəriləri ənənəvi 4C qırmızı avtomobil örtüyü və Alfa Romeo 4C təkərli çamadanı kimi seçim üzrə bir sıra əlavə eksklüziv aksesuarlarla təmin edilirlər.

accessories block 1 full width image