DİZAYN

DİZAYN

BLOCK-1

YARANMASI

Alfa Romeo embleminin yaranması tarixi Alfanın Milanda əsası qoyulduğu 1910-cu ilə təsadüf edir.
Yerli bayraq üzərindəki Qırmızı Xaç və Viskonti gerbinin üzərindəki ilan təsvirinin daxil olduğu iki tanınmış simvol Lombard avtomobil istehsalçısının rəmzləri oldu. 20-ci əsrin əvvəllərindən bəri bu emblem hər zaman olduğu kimi qalmış və çox az dəyişikliyə məruz qalmışdır.

FƏRQLƏNDİRİCİ XÜSUSİYYƏTLƏR

İlk emblem 1910-cu ildən 1915-ci ilədək olan bir dövrü əhatə edir. Açılışı Anonima Lombarda Fabbrica Automobili olan A.L.F.A adı lap əvvəldən dairəvi şəkildə Viskonti ailəsinin heraldik simvolları ilə əhatələnmiş formada görünür. Iki hissəyə bölünmüş dairənin sol tərəfindəki ağ fon üzərində qırmızı xaç, sağ tərəfində isə Viskonti ailəsinin düşmənlərini qorxudan əjdaha başlı ilan təsvir olunub. Alfa və Milano sözləri emblemin İtaliyada monarxiyanın süqutunadək əlaqələndirildiyi iki Savoy bağı ilə ayrılır.

DƏYİŞİKLİKLƏR

Orijinal Alfa Romeo emblemi ilk dəfə 1915-ci ildə mühəndis Nikola Romeonun şirkəti ələ keçirməsi ilə dəyişikliyə uğrayır və emblemə onun adı əlavə olunur: buna görə də yeni ad “Alfa Romeo” kimi qalır. Bu ərəfədə P2 modelinin ilk dünya çempionatında qələbəsi şərəfinə emblemə yeni bir element də əlavə edilir: tam çevrəni əhatə edən gümüş metal rəngli dəfnə yarpağından tac. Müharibə dövründən dərhal sonra kəskinləşən vəziyyət, eyni zamanda bombalama nəticəsində orijinal qəlibin dağılması emblemin daha da sadələşməsinə və tək rəngdə olmasına səbəb oldu. İtalyan Respublikasının bəyanatı ilə iki Savoy bağı dairəvi qalxandan çıxarıldı və dalğalı xətlərlə əvəz olundu. 1950-ci ildə nişan əvvəlki şöhrətini bərpa edərək yenidən rəngli görüntü aldı, bununla yanaşı 1972-ci ildə isə Neapol yaxınlığında Alfa Sud zavodunun açılışından sonra Milano sözünün emblemdən çıxarılması barədə qərar qəbul edildi.

ƏN SON YENİLƏMƏ

Ən son yeniləmə 1980-ci illəri əhatə edir, bu zaman emblemin diametri artır və dəfnə yarpağından olan tac çıxarılır. Bütün dünyada Alfa həvəskarları üçün Alfa Romeo emblemi hər zaman ehtiras və idmanın izdivacını – həqiqi və orijinal dəyərlərin simvolu, tükənməyən sevgi macərasını əks etdirib.

BLOCK-3

ÖN HİSSƏ

Bu avtomobil kateqoriyasının fərqləndirici xüsusiyyəti ilk baxışda onun hansı avtomobil və model olmasını təyin etməyə imkan verən ön hissədir. Bu, mühəndislik işinin mükəmməlliyinin keyfiyyətini və incəliyini əks etdirən, ön hissənin həm cəlbedici, həm də aqressiv göründüyü ənənəvi idman brendi Alfa Romeonun özəlliyidir.

MƏNŞƏYİ

1910-cu ildə 24 HP modelində böyük şaquli mis radiator qaz ilə yanan iki yan fənərlər ilə əhatələndi. 20 il sonra ön hissə qoruyucu radiator barmaqlığı ilə artıq daha da əyri bir forma aldı. Yeni emaletmə üsullarının ortaya çıxması ilə daha hamar və dinamik formalar almaq mümkün idi: indi əlavə olunmuş dəliklər ilə emblemin formasını ayırd etmək mümkün idi – ilk olaraq bu, 8C 2900B Lungo modelində, daha sonra isə Villa d’Este modelində tətbiq olundu.

“TRILOBO”

Bu motiv Giulietta modelinədək mövcud deyildi, lakin biz dairəvi faraların birləşdiyi mərkəzi qoruyucu şaybada və ikonik kənar bığcıqlarda məşhur 3 hissəli ‘trilobo’ motivini görə bilirik. Müasir və rasional erada, ön hissənin bütün enini qoruyucu şayba və faraların daxil olduğu hava qəbulediciləri tutub. Ən fərqli xüsusiyyətləri bunlardır: faralar GTA üzərində dairəvi, Alfasud üzərində düzbucaqlı və Alfa 75 modelində isə trapesiya şəklindədir. 164 və GTV/Spider modellərində emblem kapot üzərində dayanaraq öz yerini yenidən alır, 156 modelində isə avtomobil nömrə nişanını digər tərəfə köçürərək yenidən ön hissədə öz dominant roluna sahib olur. Son illərdə Alfa Romeo 147 və ya 8C Competizione modelləri kimi ikonik ‘trilobo’ motivinə dəfələrlə yenidən müraciət etmiş və Brera ilə yeni bir ailə bağının olmasını vurğulamışdır.

MÜASİRLİK
Alfaya edilən ən son yeniliklərə baxmayaraq ön hissə hələ də fərqləndirici element olaraq qalır. Xüsusilə, Alfa Mito avtomobilinin ön hissəsi güclü enerji blokunun nəfəs almasına imkan verən çoxlu sayda hava qəbulediciləri, klassik radiator barmaqlığının dəbli versiyası və kapot üzərindəki emblemi ilə xarakterizə olunur. Digər tərəfdən yeni Giulietta modelinin ön hissəsi əsas element kimi hava qəbulediciləri arasında yeni bir mövqe tutan klassik emblem ətrafında inkişaf edir.

BLOCK-5

TƏKƏR DİSKLƏR

Alfa Romeo avtomobillərinin incə və həssas təkər diskləri qüsursuz harmoniya və eleqantlıq yaradır.
Fərqləndirici xüsusiyyətə malik olması onun illərdir davam edən mükəmməl forma və materiallar yaratmaq məqsədinin nəticəsidir.

ƏNƏNƏ



Alfanın ilk avtomobili 24 HP-nin 12 böyük taxtadan dəndənəyə malik diski Alfa Romeoya bu gün təkər disklərini inkişaf etdirməyə imkan verən bir yolun başlanğıc nöqtəsi sayılır. Bu diskin böyük çəkisi daha yüngül növlərin yaranmasını tezləşdirir: nəticədə iki qanadlı mərkəzi qayka ilə bərkidilən toxunan metal dəndənələr yaradılır. Bəzi hallarda dəndənələr həmçinin dəbli yarımsferik alüminium qapaqlarla örtülür: buna misal olaraq adını aldığı dəb yarışmasının qalibi möhtəşəm Villa d’Este modelini göstərmək olar. II Dünya Müharibəsindən sonra geniş şəkildə istehsala başlanılması dəlik və xrom örtüyə malik preslənmiş polad disklərin yaranmasını tələb edirdi. Bu istehsalın nümunəsi kimi 1954-cü ildə yaradılan Giulietta modelini və 1962-ci ilin Giulia saloon avtomobilini göstərmək olar. Hələ toxunan dəndənəyə və əyləc kötüyünün həcminə uyğun olaraq dizayn olunmuş çıxıntılı ön disklərə malik 6C CM modelindən danışmırıq.

INNOVASİYA


Daha sürətli yarış avtomobillərinin yaradılması arzusu yüngül lehimli disklərin yaranmasına səbəb oldu: TZ, TZ2 və 33 Stradele modellərində olduğu kimi. Sonuncu model üzərindəki batıq səthi qeyd etməyə dəyər. Bu disklər sonralar 156 (dairəvi dəliklərə malik ulduz formal yüngül lehimli təkər disklər) və 147 GTA modelləri kimi standart formada istehsal olunan avtomobillərin yüksək spesifikasiyaya malik növlərində quraşdırıldı. Digər tərəfdən Alfa Mito üçün yaradılan disklər daha geniş kanala malikdir. Şinin yerdə daha böyük izlər qoyması bu seçimin idarəetmə performansını artırdığını sübut edir. Fərqli formalarda təsvir olunan dəlik dizaynı sonralar Progressive, Distinctive and Quadrifoglio Verde növlərinin yüngül lehimli disklərinə malik yeni Giulietta modelində təkrarlanır. İnkişaf prosesi həm köhnə dizaynın təkrarlanması, həm də hələ kəşf olunmamış yeniliklərin tapılması baxımından davam edir.

BLOCK-7

QAPI DƏSTƏYİ

Qapı dəstəyi Alfa Romeo tarixində ən çox inkişaf edən detallardan biridir. Bir çox hallarda dizayn zamanı qapı dəstəklərinin gizlədilməsinə cəhdlər edilib, digər hallarda isə o, dizaynın bir parçası olub.

İLK MODELLƏR

İlk modellərin qapı dəstəkləri adi ev qapısı dəstəklərinə bənzər şəkildə hazırlanmışdı və ya artıq digərlərində mövcud olan qapı dəstəklərinə uyğunlaşdırılmışdı: 24 HP modelinin qapı dəstəyi fincan dəstəyini xatırladır, bununla yanaşı 20-30 modelində hələ də müəyyən standart evlərdə görünən dəstəklərə bənzər qapı dəstəyi var.

KLASSİK QAPI DƏSTƏKLƏRİ

Qapı dəstəkləri II Dünya Müharibəsindən sonrakı illər üçün çox önəm verilən detal olmasa da, illər keçdikcə yaranan avtomobil dünyasında daha çox avtomobilin özünə bənzər görünüş alır (2000 Sportiva modelində qapı dəstəyi gizlədilir). Bu gün bizə “klassik” olaraq məlum olan qapı dəstəkləri 1950 və 1960-cı illərdə dizayn olunub: xrom, erqonomik və düymə ilə açılan. Bunlara Giulietta Sprint və Giulia modellərində rast gəlmək olar.

ÇIXINTISIZ QAPI DƏSTƏKLƏRİ

1960, 1970 və 1980-ci illərin üç onilliyi ərzində diqqətlə hazırlanmış dizayn korpusa daxil edilmiş qapı dəstəklərinin yaranmasına səbəb oldu. Bu dəstəklər gövdə ilə eyni səviyyədə dayanır və avtomobildən heç vaxt kənara çıxmırdı. Bu nümunələr 3 modeldə təqdim olunur: Giulia GT, Alfetta GTV və Alfa 164.

QAYIDIŞ

1990-cı illərdə qapı dəstəyi tədqiqat və inkişaf predmeti oldu: ön hissədə qalın və xrom örtüklü dəstək yan panellər üzərində iki qələm yazısı arasında ideal birləşim kimi hərəkət edərkən, arxa qapı dəstəyi qapı dirəklərinə bataraq avtomobilə idman üslublu kupe görünüşü qazandırır. Eyni texnologiya 147, GT və Mito modellərində də təkrarlanır, eyni zamanda yeni 159 ailəsində xrom örtüklü və üçtərəfli qapı dəstəyi bu “böyüyən” avtomobilin daha cəlbedici görünməsi üçün yan paneldə daha çox gözə çarpır. Köhnə model qapı dəstəklərinin fərqləndirici xüsusiyyətləri hətta ən son modellərdə də ortaya çıxır: eleqant gizli arxa qapı dəstəkləri yeni Giulietta modeli üçün dizayn olunub.

BLOCK-9

MATERİALLAR

Material istifadəsi avtomobil mühəndisliyinin inkişafını əks etdirir. Alfa Romeonun tarix boyu davam edən güc, yüngüllük və performans axtarışı təmin edir ki, hər bir element inkişaf etdirilsin və tam fərqli materiallardan istifadə edilərək dizayn olunsun.

METALLAR

1910-cu ildə yaradılan ilk avtomobilin əsas özəlliyi onun metalı idi, bu metal yalnız örtük üçün yox, həm də avtomobilin öz strukturu üçün istifadə olunmuşdu. Bütün tarixi dövrlər boyu daha geniş və ya daha az şəkildə istifadə olunan digər metal isə polad idi: həmçinin “Matta” kimi tanınan AR51 modelində poladın geniş şəkildə istifadəsi buna yaxşı bir misal ola bilər. Digər tərəfdən yarış avtomobili şassisinin strukturunda və həmçinin 1982-ci ilin F1 179 modelinin asqı sistemində titaniumdan istifadə olunub. Zaman keçdikcə həm mexaniki və struktur elementləri üçün, həm də gövdə üçün daha da çox istifadə olunan element alüminium və onun ərintisi idi. Bu, 1965-ci ildə yaradılmış GTA modelində öz əksini tapır. Alfa Romeo silsiləsinə əlavə olunan ən son yenilik yaradılan elementlərin çəkisini 35%-dək azaldan alüminiumdan, yüksək gücə malik poladdan və maqneziumdan istifadə olunmasıdır.

MÜRƏKKƏB METALLAR

İlk dəfə kuza və daha sonra yarış avtomobillərinin tam gövdə karkasında istifadə olunan mürəkkəb materiallara o vaxtadək müraciət edilməmişdi. Onun istifadəsi həqiqətən inanılmaz nəticələr yaratdı. Bu, şüşə-lifdən istifadə olunmuş 33 SC 12 (1977) modeli və ya əsasən Kevlardan hazırlanmış bir prototip olan Gruppo C (1986) modeli üçün xarakterikdir. Həmin tendensiya karbon elementlərinin avtomobili və alüminium və karbon lifli işləməli Alfa MiTonu daha bənzərsiz etdiyi 8C Competizione modelində daha da inkişaf etdirilir.

PLASTİK

OnBir zamanlar plastik metal, taxta və dəri kimi daha nəcib materiallara ucuz bir alternativ idi. Bu gün isə plastik bir dizayn elementidir; texnologiya yaxşı görünən və toxunulan materialların əldə edilməsini mümkün edir: mat və yumşaq plastik buna bir nümunədir. Onun dizaynı, emalı və alınması digər materiallar ilə asan kombinasiyasını mümkün edir və hətta yüksək səviyyəli avtomobillərin interyer avadanlığı üçün ondan istifadə olunur. Bu gün eksteryer üçün plastiki rəngləyirlər və bu halda onu metal hissələrdən fərqləndirmək çətin olur, eyni zamanda o, çəki və qiymət baxımından da qənaət etməyə imkan verir.

ALƏT PANELİ

Hər avtomobildə olduğu kimi – bəlkə də bu Alfa Romeoda daha çox ola bilər – alət paneli şübhəsiz dəyişikləri həqiqətən ifşa edən elementlərdən biridir. Alət paneli illər boyu onunla birlikdə təkmilləşən avtomobilin inkişafını əks etdirir.

İNKİŞAF

1910-cu ildə bir “alət paneli” yaratmaq üçün adi bir taxta parçası üzərinə bir neçə cihazın quraşdırılması kifayət edirdi. Modellər bir-birini əvəz etdikcə, alət paneli də mürəkkəbləşdi. Bir sıra cihazlar böyüdü və taxta ilk yastı panel ilə və sonra daha da şəkilləndirilmiş forma ilə əvəz olundu. II Dünya Müharibəsindən sonra yumru başlıqlar və panellər üçün Bakelit və Pleksi kimi sintetik materialların istifadəsi ənənə halını aldı: məsələn, Villa d’Este və Giulia T.I. modellərində bu daha çox nəzərə çarpır. Beləliklə, biz tədricən Alfa Romeo avtomobillərində sürücünün düz qarşısında mövcud olan dövr sayğacı və spidometrə malik bütün alətlər paneli üçün tipik klassik dairəvi cihaz lövhəsini gördük. TZ2 və 33 Stradele kimi yarış avtomobillərində və ya tam idman avtomobillərində spidometr digər tərəfə, sərnişinin qarşısına yerləşdirildi. Bu əsas cihazlar daha az diametrə malik və alət panelinin mərkəzində yerləşən ikinci dərəcəli elementlər (yanacaq, yağ və su) ilə birləşdi: nümunə üçün 1966-cı ilin Duetto modelini, Alfa 156 və həmçinin 8C Competizione modellərini göstərmək olar.

MÜASİRLİK

Son inkişaf nəticəsində daha sürücü yönümlü alət paneli yarandı. Avtomobilə, təhlükəsizliyə və əlin tam rahat çatdığı hər şey ilə təchiz olunmuş yarımdairəvi sərnişin bölümünə mükəmməl nəzarət sürücü üçün əvəzolunmaz bir hissdir. Sürücünün nəzarət hissi sərnişinlərin təhlükəsizlik və rahatlıq hissi ilə dəstəklənir. İnkişaf daha çox Alfa silsiləsinə məxsus alət panellərinə edilən ən son dəyişiklərdə görünür: intuitiv nəzarət panelinə və Alfa Romeo Mito sürücüsünə özəl olaraq yaradılmış qrafikə malik güclü alət paneli; 1950-ci illərə aid tarixi Giulietta modelinin sərt və incə cizgilərinə və mərkəzdə quraşdırılan tarazlıq kontrollerinə yenidən müraciət edən yeni Alfa Romeo Giulietta üçün üfüqi alət paneli.

Alfa Romeo-dan YENİLİKLƏR