MƏXFİLİK

MƏXFİLİK

İNTERNET MƏXFİLİYİ

Məxfilik – İnternet Məxfiliyi Siyasəti Ümumi Giriş Bu saytın sahibi və idarə edicisi Fiat Group Automobiles S.p.A şirkətidir. Bu saytdan istifadə nəticəsində müəyyənləşdirilmiş və ya müəyyənləşdirilə bilən fərdlərlə və hüquqi şəxslərlə bağlı və 196/03 saylı Qanunla şəxsi məlumatlar hesab edilən verilənlər emal oluna bilər. Fiat Group Automobiles S.p.A., verilənlərin qorunması ilə bağlı İtaliyanın mövcud qanunlarına uyğun olaraq, hər bir sayt naviqatorunun şəxsi məlumatlarının, İnternetə çıxış xaricdən olduğu hallarda belə, məxfiliyinə və təhlükəsizliyinə zəmanət verməyi öhdəliyinə götürür. Bu səhifədə sayt istifadəçiləri tərəfindən təmin edilən şəxsi məlumatların emalı ilə bağlı saytın idarə olunması üçün istifadə olunan prosedurlar təsvir olunur. Məlumatların emalı ilə bağlı ətraflı məlumatlar, 196/03 saylı Qanunun 13-cü Maddəsi – Şəxsi Məlumatların Qorunması Kodeksinə əsasən, xidmətlərin təmin olunduğu hər bir səhifədə verilmişdir. Bu açıqlama bəyannamələrinin məqsədi hər bir xidmət üzrə məlumatların emal olunması hədlərini və prosedurlarını təyin etməkdən ibarətdir ki, müştəri/saytın qonağı sərbəst şəkildə razılıq verə və özünün şəxsi məlumatlarının toplanması və müvafiq istifadəsinə icazə verə bilsin.   Emal edilən verilənlərin növü Bu sayt məlumat xarakterli və interaktiv məzmun təklif edir. Sayta baxarkən müştəri və ümumiyyətlə, sayta baş çəkən şəxslə bağlı məlumatlar aşağıdakı formada əldə oluna bilər:   Naviqasiya verilənləri Normal əməliyyat zamanı bu saytın işlədilməsi üçün istifadə olunan İT sistemləri və proqram prosedurları şəxsi məlumatları toplayır və bu məlumatlar İnternet kommunikasiya protokollarından istifadə etməklə qeyd-şərtsiz olaraq ötürülür. Bu məlumatlar müəyyənləşdirilmiş verilənlər subyekti ilə əlaqələndirilmək üçün deyil, xarakterik xüsusiyyətlərinə görə və əgər emal edilərsə və üçüncü tərəf verilənləri ilə inteqrasiya edilərsə, İstifadəçilərin müəyyənləşdirilə bilməsi üçün toplanılır. İp ünvanlar, brauzerin növü, əməliyyat sistemi, domen adı və Veb istinad və çıxış səhifələri, saytda İstifadəçinin baş çəkdiyi səhifələrdəki məlumatlar, giriş vaxtı, hər bir səhifədə qalma müddəti, kliklə keçid marşrutunun təhlili və əməliyyat sistemi və İstifadəçinin İT mühiti ilə bağlı digər parametrlər verilənlərin bu kateqoriyasına aiddir. Bu texniki/İT verilənləri xidmətin keyfiyyətini artırmaq və saytdan istifadəyə dair statistikanı əldə etmək üçün xüsusi olaraq məcmu halında və anonim şəkildə toplanılır və istifadə olunur. Bu məlumatlar bu sayta və yaxud onun müəyyən hissələrinə girişi istifadəçi adı və şifrə daxil etməklə təsdiqləmə sistemi istifadə edərək həyata keçirən İstifadəçilərlə əlaqədar deyildir.   Müştəri/sayta baş çəkən tərəfindən könüllü olaraq verilən məlumatlar Bu hallara fərdi olaraq seçilmiş xidmətlərə çıxış əldə etmək üçün ətraflı məlumatı oxuduqdan sonra sayta şəxsi məlumatları daxil edən müştəri/saytın qonağı daxildir. "Opt-in" və "Opt-out" (Abunə yazıl və Abunəlikdən çıx) siyasətləri: bütün hallarda sözügedən xidmət aktivləşdirilmədən öncə müvafiq məlumatlar təmin edilir və tələb olunan hallarda şəxsi məlumatların emalı üçün razılıq alınır. Bu razılıq sözügedən xidmətdən istifadə imkanı itirildikdə istənilən vaxt geri götürülə bilər. Tələb əsasında spesifik xidmətləri təklif edən sayt səhifələrində spesifik məlumatlar tədricən təmin edilir və ya göstərilir.   Azyaşlılardan (18 yaşdan aşağı) toplanan verilənlər Fiat Group Automobiles 18 yaşı tamam olmamış şəxslərə şəxsi məlumatları daxil etməyə icazə vermir.   Verilənlərin saxlanılması Toplanılmış verilənlər yalnız emal prosesinin məqsədinə nail olmaq üçün dəqiq zəruri vaxt ərzində saxlanılır. Xidmət təmin edildikdən sonra tələb olunan xidməti aktivləşdirmək və idarə etmək üçün tələb olunan bütün şəxsi məlumatlar, hökumət və hüquq orqanları tərəfindən digər formada tələb olunmadığı və ya qanunda digər şəkildə göstərilmədiyi təqdirdə, verilənlərin saxlanılması siyasətlərinə müvafiq olaraq silinəcəkdir.   TEXNOLOGİYALAR Kukilər Kukilər istifadə olunan məlumatları emal etmək və müəyyənləşdirmək məqsədilə veb saytdan istifadə edərkən  kompüterdə saxlanıla bilən məlumatlardır. Kuki faylı adətən həddən artıq kiçik olur və kompüterin sərt diskində çox yer tutmur. Kuki qeydiyyatdan sonra İstifadəçinin diskinə ötürülür ki, veb saytın hansı səhifələrinə baş çəkildiyi yadda saxlanılsın. Bu şəkildə İstifadəçi veb saytın əvvəl baş çəkilən əsas səhifələrinə hazır şəkildə çıxış etməklə vaxta qənaət edir. Kukilərin müxtəlif növləri vardır: daimi kukilər – bunlar brauzer bağlandıqdan sonra da kompüterin sərt diskində qalır; müvəqqəti və ya sessiya kukiləri – yalnız naviqasiya sessiyası üçün saxlanılan və brauzer bağlandıqdan sonra kompüterdən silinən kukilərdir; üçüncü tərəf kukiləri – baş çəkdiyiniz veb saytdan əlavə başqa bir veb sayt tərəfindən yaradılan kukilər. Fiat Group Automobiles tırıfindən istifadə edilən kukilər bu üç növün kombinasiyasıdır: bəziləri yalnız təsdiqlənmiş sessiyanın açılması və saxlanılmasına xidmət edir (müvəqqəti kukilər). Bu halda autentifikasiya sessiyasının və ya brauzerin bağlanması, kukilər fiziki olaraq istifadə olunan kompüterin sərt diskində qalmış olsalar belə (daimi kukilər), onları həm bizim üçün, həm də üçüncü tərəf üçün yararsızlaşdırır. Müştəri/sayt istifadəçilərinin gözlənti və maraqlarına daha yaxşı cavab verən sayt təklif etmək məqsədilə kukilərdən istifadə edilməklə toplanan məlumatlar davamlı olaraq təhlil edilir; bu verilənlər veb saytımızın necə istifadə olunduğunu və hansı sahələrin və sessiyaların naviqatorların marağını çəkdiyini və istifadə olunduğunu xüsusi olaraq və anonim şəkildə göstərir. Müştəri/qonaq bütün kukiləri, bəzi kukiləri qəbul etməyi və ya onların hamısını rədd etməyi brauzerində tənzimləyə bilər. Qeyd etmək istərdik ki, kukiləri qəbul etməmək autentifikasiya tələb edən sahələrdə tələb olunan xidməti təmin etməyimizin qarşısını ala bilər. Əlavə olaraq, hər bir naviqasiya sessiyasının sonunda müştəri/qonaq naviqasiyanın keş yaddaşını, həmçinin sərt diskindən toplanan kukiləri silə bilər.   JavaScript Bu, Veb serverin qeydiyyat jurnallarının təhlilini yerinə yetirmək üçün alternativ kimi istifadə olunan texnikadır. Bu texnika maraq dairəsi hesab edilən HTML səhifələrində JavaScript kodlarından istifadə etməklə naviqasiya məlumatlarını toplamağı və emal etməyi özündə birləşdirir. Eyni zamanda bu texnikadan elektron poçtla göndərilən məlumat bülletenlərində də istifadə olunur.   Xarici xidmətlər “Bu veb sayt istifadəçilərin ondan necə istifadə etdiyini təhlil etmək imkanı verən JavaScript texnologiyasından istifadə edən ADOBE tərəfindən təmin edilmiş xarici veb təhlil xidmətindən istifadə edir. İstifadəçi tərəfindən veb saytın istifadəsinə dair toplanmış məlumatlar (onun İP ünvanı daxil olmaqla) ADOBE serverlərinə (İngiltərə) göndərilir və orda saxlanılır. ADOBE bu məlumatları veb saytın istifadəsini izləmək və yoxlamaq, veb sayt operatorları üçün veb saytın fəaliyyətlərinə dair hesabatları doldurmaq və veb sayt fəaliyyətlərinə və İnternetdən istifadə ilə bağlı digər xidmətləri təmin etmək üçün istifadə edəcəkdir. ADOBE, həmçinin bu məlumatları üçüncü tərəf şəxslərə göndərə bilər, bir şərtlə ki, bu, qanunla müəyyənləşdirilsin və yaxud həmin üçüncü tərəf şəxslər ADOBE şirkətinin adından qeyd olunan məlumatları emal etsin. ADOBE sizin İP ünvanınızı ADOBE tərəfindən saxlanılan hər hansı digər məlumatlarla birləşdirməyəcəkdir. Bu saytdan istifadə etməklə istifadəçi ADOBE şirkətinə yuxarıda qeyd olunan məqsədlər üçün məlumatlarının emal edilməsinə icazə verir.”   Üçüncü tərəf saytlarına qoşulma Bu saytdan başqa saytlara keçid vermək mümkündür: bu keçid müştərini/qonağı Fiat Group Automobiles saytını tərk etdiyi barədə məlumatlandırmaq üçün aydın şəkildə göstərilir. Müştəri/qonaq bilməlidir ki, bu saytlar Fiat Group Automobiles S.p.A. şirkətinin mülkiyyəti və yaxud məsuliyyətində deyil, çünki onlar tam olaraq başqa şirkətlər və/və ya təşkilatlar tərəfindən idarə olunur. Buna görə də, onların verilənlərin qorunması siyasətlərini təsdiqləyib qəbul etmək zəruridir. Fiat Group Automobiles S.p.A. bunun nəticəsində üçüncü tərəf saytlarına şəxsi məlumatların təqdim olunması və/və ya ötürülməsinə görə məsuliyyət daşımaqdan imtina edir.   Verilənlərin istifadəsinin digər formaları Qeyd olunanlara əlavə olaraq və xüsusilə qanun və qayda, milli təhlükəsizlik və müdafiə ilə əlaqədar qanun şərtlərinə riayət etmək, cinayət əməllərinin qarşısının alınması, araşdırılması və/və yaxud məhkəmədə baxılması maraqlarına uyğun olaraq, təmin edilən məlumatlar xidmətləri təmin etmək üçün tələb olunan məqsədlərdən başqa digər səbəblərə görə də istifadə oluna bilər və dövlət idarələrinə, o cümlədən, polis orqanlarına, dövlət və məhkəmə qurumlarına təqdim eləyə bilər ki, onlar öhdələrinə düşən vəzifələri yerinə yetirə bilsinlər. Siyasətə (Loyallıq) uyğun olmayan davranış Bu sənəd müştərilərimizin şəffaflıq və etibarlılıq ehtiyaclarını daha yaxşı şəkildə təmin etmək və Fiat Group Automobiles şirkətinin dəyərlərini, xüsusilə də toplanmış məlumatların məxfiliyini qorumaq məsələsində dəyərlərini qorumaq üçün hazırlanmışdır. Hər hansı bir problemlə əlaqədar və yaxud veb saytın məzmunu və ya bu sənəddə təmin edilən məlumatlarla bağlı izahatlar əldə etmək üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik: Fiat Group Automobiles – Müştəri Xidmətləri – Məxfilik Ofisi - Korso Agnelli, 200 - 10135 Turin - İtaliya.   Siyasətə dəyişikliklər Bu Məxfilik Siyasəti müştərilər/qonaqlar veb saytımızdan istifadə edərkən təmin etdikləri şəxsi məlumatların emal edilməsi metodlarını tənzimləyir. Bu metodları yeni qanunların qüvvəyə minməsi nəticəsində və ya İstifadəçi xidmətlərin yoxlanılması və yenilənməsindən sonra dəyişdirmə ehtiyacı yarana bilər. Nəticə etibarilə, bizim siyasətimiz vaxt keçdikcə dəyişdirilə bilər və biz müştərilərimizdən/sayta baş çəkən qonaqlarımızdan xahiş edirik ki, bu səhifəyə müntəzəm olaraq baş çəksinlər.

Alfa Romeo-dan YENİLİKLƏR