NEWS

Alfa Romeo markasının ilk krosoveri Stelvio artıq Bakıda!

12 December 2017

33

Autolux Azerbaijan model cərgəsinə daha bir avtomobil əlavə etdi. Bu Alfa Romeo Stelvio modelidir.

100 ildən artıq tarixə malik olan Alfa Romeonun ilk krosoveri 2016-ci ildə Los Anceles sərgisində təqdim olunmuşdur. Avtomobil Şərqi Alp dağlarının arasında yerləşən aşırımın adını daşıyır. 2700 m yüksəklikdə yerləşən sərt döngəli yol italyan idman avtomobil həvəskarları arasında çox sevilən məkandır.

   

Alfa Romeo Giulia ilə eyni platformada yığımış Stelvionun tək xarici görünüşü deyil, mühərriyi, sürət qutusu, salonun interyeri də Giulia-ya bənzəyir. Modelin uzunluğu 4680 mm, eni (yan güzgülərin nəzərə alınmaqla) 2160 mm, hündürlüyü 1670 mm, təkər bazası isə 2820 mm təşkil edir. Giulia modeli kimi Stelvio da Alfa Romeo-ya xas olan 3 tərkib hissədən ibarətdir: nisbət, sadəliy və yüksək performans.

Bunu da qeyd etmək lazımdır ki, Alfa Romeo Stelvio sahibinə fərqli məğlubolunmaz təhlükəsizlik sistemlərini təklif edir.

2.0 l həcimli mühərlik, 280 a.g. və və 8 pilləli avtomatik transmissiya ilə təchiz olunmuş Stelvio avtomobili özündə ənənəvi italyan üslubunu eləcə də yüksək texnologiyanı birləşdirir.

 

  

Təqdimat zamanı tam komplektasiyalı versiya ilə tanış olduq. Dəri 1 sürücü və 4 sərnişin yerləşə biləcək salon və 680 l həcmli baqaj hissəsi Stelvionu qısa bir zamanda azərbaycanlı ailələrin sevimlisinə çeviriləcəyinə əminik. Dəbdəbəli, sadə və lakonik cihazlar paneli Stelvionun Alfa Romeo kimi zəngin tarixi, təcrübəsi və ənənələri olan brendin nümayəndəsi olduğunu bir daha vurğulayir. O, sürücüyə tam komfortlu şəraitdə yola hakim olmağı yaşadır.

 

Alfa Romeo-dan YENİLİKLƏR