NEWS

Global

ALFA ROMEO MARKASININ AZƏRBAYCANDAKI RƏSMİ SATIŞ NÜMAYƏNDƏLİYİ FƏALİYYƏTƏ BAŞLAYIB.

17 April 2017

0B4C0213

27 Yanvar 2017-cı il tarixində Autolux Azərbaycan şirkəti yeni avtomobil salonunun möhtəşəm açılışını keçirib. Yeni salonda FCA (Fiat Chrysler Automobiles) Group-a aid olan bir sıra brendlərin satışı və servis xidmətləri həyata keçiriləcək.

    

Yerləşməsinə görə “FCA Group” sıralamasında dünyada birinci olan 1400 m2-lik diller mərkəzi dizayn tərtibatı baxımından “Group”un bütün tələblərinə və standartlarına uyğun təmir olunub. Burada, təqdim olunmuş markaların ən məşhur, eləcə də ən son modelləri təqdim olunub. Yüksək səviyyədə keçirilmiş açılış mərasimində Azərbaycan bazarında ilk dəfə “Alfa Romeo” markasının, demək olar ki, bütün model cərgəsi: “Alfa Romeo Guilia”, “Alfa Romeo Mito” və “Alfa Romeo 4C” avtomobillərinin rəsmi tanıtımı və təqdimatı keçirilib.

    

    

    

    

    

Yaxın gələcəkdə Alfa Romeo markasının digər modellərinin təqdimatı gözlənilir. Aprel ayının soonunda “Alfa Romeo Giulietta”, May ayının sonunda isə “Alfa Romeo Stelvio” modelləri ölkəyə gətiriləcək.

    

    

    

Alfa Romeo-dan YENİLİKLƏR