NEWS

Global

Alfa Romeo Giulietta artıq Bakıda!

08 May 2017

77f5913a-4c52-4175-b3d9-3c7255da60de

Avtoobil həvəskarlarının səbirsizliklə gözlədikləri Alfa Romeo markası bizi yeni modelləri ilə tanış etməyə davam edir.

Dünən “Küləyə qalib gəl!” marafonunda Alfa Romeo Giulietta modelinin təntənəli təqdimatı keçirildi. Alfa Romeo markası bir çox sosial layihələrə qoşularaq az müddətə özünü bazara tanıdıb və sivdirə bilib. Sağlam həyat tərzini dəstəkləyən idman ruhlu marka “Küləyə qalib gəl!” marafonunun sponsorlarından biri oldu. Alfa Romeo 4C Start nöqtəsindən qaçıcıları müşahidə edib və marafon qalibləri ilə birgə Finiş-a gəlib sevinclərini onlarla bölüşmüşdür.

Finiş-də təşkil olunmuş Alfa Romeo güşəsində Alfa Romeo Giulietta modelinin təqdimatı keçirilmişdir. Burada markanın bütün model cərgəsi, Alfa Romeo Giulia, Alfa Romeo Mito və az öncə haqqında danışdığımız Alfa Romeo 4C də nümayiş olunmuşdur.

Örtüyü açılandan sonra tədbir qonaqları Alfa Romeo Giulietta ilə daha yaxından tanış ola bildilər. Modelin yeni ön hissəsi klassik Alfa Romeo motivinin təkmilləşmiş forması olan dəbdəbəli şəbəkə ilə bəzədilmişdir. Bamperdə mükəmməl simmetriya ilə quraşdırılmış duman faraları ilə birlikdə böyük LED ön faralar Giulietta modelinə cəzbedici və iddialı görünüş verir. 140 at gücünü 1.4 litr həcmli mühərrikdə cəmləyən Alfa Romeo Giulietta yola hakim olma, çeviklik və təhlükəsizlik məsələlərində ən tələbkar alıcıları məmnun edə biləcək bir avtomobildir. Model öz istehsalat texnikası sayəsində dinamik performans və yüksək komfort səviyyəsi təmin edir.

Alfa Romeo markasının rəsmi distribütoru “Autolux Azərbaycan” şirkətindən verilən məlumata görə yay aylarında bazara markanın tarixində ilk krosover Alfa Romeo Stelvio təqdim olunacaq.

Alfa Romeo-dan YENİLİKLƏR